ABŞ Çin razılaşması nefti bahalaşdırdı RƏQƏMLƏR
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə keçirilən danışıqların nəticəsi neft bazarına dərhal təsir edib.
Londonun ICE Futures birjasında Brent markalı iyul fyuçerslərinin qiyməti 2,12 dollar (3,32%) artaraq 66,03 dollar/barelə çatıb. ABŞ-nin NYMEX birjasında isə WTI markalı iyun fyuçersləri 2,2 dollar (3,61%) bahalaşaraq 63,22 dollar/barel səviyyəsinə yüksəlib.
Analitiklərin fikrincə, bu razılaşma dünyanın iki ən böyük neft istehlakçısı arasında ticarət gərginliyinin azaldılması istiqamətində atılan mühüm addımdır. Qeyd edilib ki, son aylarda tarif müharibələri iqtisadi artıma mənfi təsir göstərərək neftə olan tələbin azalacağı narahatlığına səbəb olmuşdu.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 12 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















