Icma.az, 525.az portalına istinadən məlumat verir. ABŞ-nin sabiq administrasiyası – Bayden hakimiyyəti açıq şəkildə ermənipərəst siyasət apa
Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Deputat Bayden dönəmində münasibətlərin gərgin olduğunu bildirib: “Onlar adətən deyirlər ki, ABŞ Konqresi sərbəstdir və s.
Amma konkret necə ki, cənab Prezident demişdir ki, Dövlət Departamentindən Konqresə sifariş gedir, biz bunun belə olduğunu gördük.
Onlar Konqresdə cürbəcür dinləmələr keçirir, Azərbaycanın əleyhinə bəyanatlar qəbul edirdilər.
Heç nə əldə etməsələr belə, təbii ki, bunlar münasibətlərə mənfi təsir göstərirdi.
İndi bu kimi halların hamısı dayanıb, amma 907-ci düzəlişin icrasını hələlik dayandırmayıblar.
Deyə bilmərəm ki, indi münasibətlərimiz tam qaydasındadır. Lakin hər halda əvvəliki yanaşma, münasibət hiss olunmur.