Icma.az
close
up
RU
ABŞ da anlayırlar ki, Mərkəzi Asiyaya çıxış Azərbaycandan keçir Deputat

ABŞ da anlayırlar ki, Mərkəzi Asiyaya çıxış Azərbaycandan keçir Deputat

Icma.az, 525.az portalına istinadən məlumat verir.

ABŞ-nin sabiq administrasiyası – Bayden hakimiyyəti açıq şəkildə ermənipərəst siyasət aparırdı və onların Azərbaycandan tələbləri, istəkləri təbii ki, məqbul deyildi.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Deputat Bayden dönəmində münasibətlərin gərgin olduğunu bildirib: “Onlar adətən deyirlər ki, ABŞ Konqresi sərbəstdir və s. Amma konkret necə ki, cənab Prezident demişdir ki, Dövlət Departamentindən Konqresə sifariş gedir, biz bunun belə olduğunu gördük. Onlar Konqresdə cürbəcür dinləmələr keçirir, Azərbaycanın əleyhinə bəyanatlar qəbul edirdilər. Heç nə əldə etməsələr belə, təbii ki, bunlar münasibətlərə mənfi təsir göstərirdi. İndi bu kimi halların hamısı dayanıb, amma 907-ci düzəlişin icrasını hələlik dayandırmayıblar. Deyə bilmərəm ki, indi münasibətlərimiz tam qaydasındadır. Lakin hər halda əvvəliki yanaşma, münasibət hiss olunmur. Bu həm də Azərbaycanın əhəmiyyətindən irəli gəlir, anlayırlar ki, Mərkəzi Asiyaya çıxış Azərbaycandan keçir, Azərbaycan qüdrətli bir dövlətə çevrilir. Bizim effektiv xarici diplomatiyamız, ordumuz, imkanlarımız, yəni bunlar hamısı nəzərə alınmaqla, ABŞ administrasiyası Azərbaycana yanaşmada öz mövqeyi ilə bağlı siyasətində korreksiya etdi”.

907-ci düzəlişin aradan qaldırılması ehtimalına gəlincə, politoloq deyib ki, bu elə də çətin məsələ deyil: “Sadəcə olaraq Tramp  sənəd imzalayaraq Konqresə göndərməlidir, ABŞ-nin maraqları o düzəlişin dayandırılmasını zəruri hesab edir. Vəssalam, bu böyük bir iş deyil, burda heç Konqresdə müzakirə tələb olunmur. Bunun üçün əslində lazımdır ki, ABŞ hansısa bir sahədə hazırlaşsın, təbii ki, ilk növbədə hərbi sahədə. Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün 907-ci düzəlişin dondurulması tələb olunur”.

Trampın Azərbaycan liderinə təbrik məktubunda diqqət çəkən əsas məqamlara toxunan politoloq deyib ki, əslində burada Azərbaycanın əhəmiyyəti vurğulanır, eyni zamanda, ənənəvi olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bir çağırış var: “Məktubda Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, töhfələri qeyd olunur, Orta Dəhliz məsələsi, Azərbaycanın kommunikasiyalar baxımından əhəmiyyəti vurğulanır. İndi deyilməsə də Vaşinqtonda anlayırlar ki, Azərbaycan şimalında Rusiya, cənubunda İran ilə qonşudur. Belə bir şəraitdə Azərbaycan müstəqil siyasət aparır”.

Deputat hesab edir ki, sülh prosesi ilə bağlı ümumi çağırışlar var, amma heç kim Bakıya vasitəçilik təklif etmir, çünki anlayırlar ki, bu, mənasızdır: “Məlumdur ki, sülh sazişi layihəsinin mətni tam razılaşdırılıb, sadəcə olaraq müəyyən açıq məsələlər qalıb ki, tərəflər indi onları dəqiqləşdirirlər. Ermənistanın Təhlükəsizlik Şurasının katibi deyib ki, biz vaxtı və yeri Azərbaycan tərəfi ilə diskusiya edirik”.

R.Musabəyova görə, Ermənistanın sülh sazişi imzalamağa hazır olmasını vurğulaması, Azərbaycana qarşı hər hansı təzyiqlərə yol aça bilməz: “ABŞ Azərbaycana nə təzyiq edə bilər?! Əllərində nə var ki, Azərbaycana təzyiq etsinlər. Bizim onlardan heç bir istəyimiz yoxdur. Ona görə də sülh sazişi ilə bağlı təzyiq mümkün deyil. Azərbaycan heç onlar üçün təzyiq imkanı da saxlamayıb. Azərbaycana hansısa tənqid səsləndirəcəklərsə, bununla da o kommunikasiyaları, hansılarıki indi bərpa edirlər, pozacaqlar. Çağrış edirlər, sağ olsunlar, amma bunun onlara heç bir aidiyyatı yoxdur. Türkiyə də çağırış edir, məsələni uzatmayın, sazişi imzalayın deyir, biz Türkiyəyə bununla bağlı irad bildiririk, əlbəttə ki, yox. Bunlar demirlər ki, gedin kiminləsə müharibə aparın, deyirlər ki, yaxşı olardı ki, sülh prosesini sürətləndirəsiz”.

Politoloq hesab edir ki, Trampın dövründə münasibətlərin gərginləşməsinə səbəb olacaq hər hansı ehtimal yoxdur: “Bizim ABŞ ilə maraqlarımız toqquşmur. ABŞ-nin İranla, Rusiya ilə bağlı da bizdən hər hansı ciddi istəkləri yoxdur. Qalan məsələlərdə Azərbaycan öz müstəqilliyini qoruyur, Avropanın enerji təhlükəsizliyində töhfə verir, kimlərsə gedib kommunikasiyalar qururlar, Azərbaycan isə əksinə təkcə öz ərazisində deyil, qonşu Gürcüstanda da  kommunikasiyaların modernləşdirilməsi ilə məşğul olur. Bunu düzgün qiymətləndirmək lazımdır, nəinki gəlib bizə irad tutmaq”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri