525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Ohayo ştatının Parma şəhərində körpə ziyafətində atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insident nəticəsində doğulmamış körpənin atası və babası da daxil olmaqla üç nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.
Parma Polis İdarəsindən bildirilib ki, insident Klivlenddən təxminən 13 kilometr cənubda, Ridge Roaddakı tədbir məkanında baş verib.
Qeyd olunub ki, 19 yaşlı gələcək ata, hamilə ananın 45 yaşlı atası və 17 yaşlı qız güllələnib. Hamilə ananın sağlamlıq vəziyyəti ilə bağlı heç bir məlumat paylaşılmayıb.
Polis hadisə yerində iki silah aşkar edildiyini və iki şübhəlinin saxlanıldığını qeyd edib.
İbrahim Cəfərov