ABŞ da körpə ziyafətində silahlı insident 3 ölü, 1 yaralı
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Ohayo ştatının Parma şəhərində körpə ziyafətində atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insident nəticəsində doğulmamış körpənin atası və babası da daxil olmaqla üç nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.
Parma Polis İdarəsindən bildirilib ki, insident Klivlenddən təxminən 13 kilometr cənubda, Ridge Roaddakı tədbir məkanında baş verib.
Qeyd olunub ki, 19 yaşlı gələcək ata, hamilə ananın 45 yaşlı atası və 17 yaşlı qız güllələnib. Hamilə ananın sağlamlıq vəziyyəti ilə bağlı heç bir məlumat paylaşılmayıb.
Polis hadisə yerində iki silah aşkar edildiyini və iki şübhəlinin saxlanıldığını qeyd edib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:NyuYorkda silahlı insident: 1 ölü, 1 yaralı
04 Yanvar 2025 10:24
ABŞ də silahlı insident: 3 ölü, 2 yaralı
28 Yanvar 2025 12:56
ABŞ də silahlı hücum: 1 ölü, 3 yaralı
19 Avqust 2025 12:48
ABŞ da atışma 1 ölü, 3 yaralı
18 Fevral 2026 01:54
Silahlı insident baş verdi 1 ölü, 5 yaralı
05 Fevral 2025 23:40
Baxış sayı:111
Bu xəbər 23 Noyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















