Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az Mart ayında ABŞ-da özəl sektor məşğulluğu 155 min nəfər artıb.
Banco.az xəbər verir ki, ABŞ-da resessiya qorxularına baxmayaraq məşğulluq göstəriciləri pozitiv siqnallar verir.
Son dövrlərdə tənəzzül narahatlıqlarının artdığı ABŞ-da, əsas məşğulluq göstəriciləri müsbət tendensiyalara işarə edir.
ADP məlumatlarına görə, Mart ayında ABŞ-da özəl sektor məşğulluğu 155 min nəfər artıb. Bu göstərici 120 minlik proqnozları üstələyib.
Bundan əlavə, fevral ayı üçün əvvəl 77 min olaraq açıqlanan məşğulluq artımı 84 minə yüksəldilib.
ADP-nin baş iqtisadçısı Nela Riçardson mövcud vəziyyəti belə dəyərləndirib:"Siyasətdə qeyri-müəyyənliklərə və istehlakçıların bədbinliyinə baxmayaraq, mart ayı göstəriciləri iqtisadiyyat və bütün ölçülü işəgötürənlər üçün ümumilikdə müsbət bir nəticədir." Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.