ABŞ da özəl sektorun məşğulluğu proqnozları üstələyib
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Mart ayında ABŞ-da özəl sektor məşğulluğu 155 min nəfər artıb.
Banco.az xəbər verir ki, ABŞ-da resessiya qorxularına baxmayaraq məşğulluq göstəriciləri pozitiv siqnallar verir.
Son dövrlərdə tənəzzül narahatlıqlarının artdığı ABŞ-da, əsas məşğulluq göstəriciləri müsbət tendensiyalara işarə edir.
ADP məlumatlarına görə, Mart ayında ABŞ-da özəl sektor məşğulluğu 155 min nəfər artıb. Bu göstərici 120 minlik proqnozları üstələyib.
Bundan əlavə, fevral ayı üçün əvvəl 77 min olaraq açıqlanan məşğulluq artımı 84 minə yüksəldilib.
ADP-nin baş iqtisadçısı Nela Riçardson mövcud vəziyyəti belə dəyərləndirib:
"Siyasətdə qeyri-müəyyənliklərə və istehlakçıların bədbinliyinə baxmayaraq, mart ayı göstəriciləri iqtisadiyyat və bütün ölçülü işəgötürənlər üçün ümumilikdə müsbət bir nəticədir."
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















