Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsinin müavini Con Kelli Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bildirərək, əgər Rusiya müharibəni davam etdirməkdə israr edərsə, ona qarşı əlavə sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında üzvlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.
Kelli çıxışında ABŞ-ın Rusiya ilə Ukrayna arasında sülhə aparan bir yol axtardığını və bu müharibənin sona çatmasını istədiyini vurğulayaraq, Ukraynanın razılıq verdiyi bu təşəbbüsə baxmayaraq, Rusiyanı atəşkəsə razı olmağa çağırmağa davam etdiklərini bildirib.
O, Rusiyanın müharibəni davam etdirmək qərarı verəcəyi təqdirdə, ABŞ-ın danışıqlardan geri çəkilmək məcburiyyətində qala biləcəyini deyib: “Bu münaqişənin hərbi həlli yoxdur.
Hazırda təklif olunan razılaşma Rusiya üçün mümkün olan ən yaxşı nəticədir. Prezident Putin bu razılaşmanı qəbul etməlidir.
Müharibənin davam etməsi heç kimin maraqlarına uyğun deyil”, - deyə bildirib Con Kelli həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə sülh və iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istəyir.
Lakin Rusiya bu təklifi rədd edərsə, Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasını istisna etmir.