Icma.az
close
up
RU
ABŞ dan Ukrayna ilə sülh danışıqlarını rədd edəcəyi təqdirdə Rusiyaya əlavə sanksiyalar xəbərdarlığı

ABŞ dan Ukrayna ilə sülh danışıqlarını rədd edəcəyi təqdirdə Rusiyaya əlavə sanksiyalar xəbərdarlığı

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsinin müavini Con Kelli Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bildirərək, əgər Rusiya müharibəni davam etdirməkdə israr edərsə, ona qarşı əlavə sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında üzvlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

Kelli çıxışında ABŞ-ın Rusiya ilə Ukrayna arasında sülhə aparan bir yol axtardığını və bu müharibənin sona çatmasını istədiyini vurğulayaraq, Ukraynanın razılıq verdiyi bu təşəbbüsə baxmayaraq, Rusiyanı atəşkəsə razı olmağa çağırmağa davam etdiklərini bildirib.

O, Rusiyanın müharibəni davam etdirmək qərarı verəcəyi təqdirdə, ABŞ-ın danışıqlardan geri çəkilmək məcburiyyətində qala biləcəyini deyib: “Bu münaqişənin hərbi həlli yoxdur. Hazırda təklif olunan razılaşma Rusiya üçün mümkün olan ən yaxşı nəticədir. Prezident Putin bu razılaşmanı qəbul etməlidir. Müharibənin davam etməsi heç kimin maraqlarına uyğun deyil”, - deyə bildirib

Con Kelli həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə sülh və iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istəyir. Lakin Rusiya bu təklifi rədd edərsə, Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasını istisna etmir.

O, münaqişənin həllinin həm Rusiya, həm də Ukraynanın məsuliyyətində olduğunu xatırladaraq: “Zaman müharibəni uzatmaq istəyənlərin tərəfində deyil. Həm Rusiyanı, həm də Ukraynanı sülhün bərqərar olunması üçün çətin və tarixi qərar verməyə çağırırıq”, - deyə əlavə edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə iclasda çıxışı zamanı bu ay Təhlükəsizlik Şurasına sədrlik edən Yunanıstanı tənqid edib. O, Avropa İttifaqı ölkələrinin və müttəfiqlərinin toplantıya çoxsaylı nümayəndə heyətləri ilə qatıldığını bildirib. “Ukraynadan əlavə dəvət olunan beş nümayəndə heyəti ya NATO, ya Aİ üzvü, ya da müttəfiqləridir. Bu heyətlər hər dəfə şuraya heç bir kömək etmədən, yarım saatlıq çıxışlarla Təhlükəsizlik Şurasının qiymətli vaxtını israf edirlər. Bu, qəbuledilməzdir,” – deyə Nebenzya bildirib.

O, Avropalı həmkarlarını toplantını Ukrayna böhranına sülh yolu ilə həll axtarmaq üçün deyil, Ukraynanı Rusiyanın təcavüzünə məruz qalan qurban kimi təqdim etmək məqsədilə keçirməkdə ittiham edib.

Nebenzya həmçinin Ukrayna rəhbərliyi və onun tərəfdarlarının müharibədən qazanc əldə etdiyini iddia edib: “Onlar müharibəni mümkün qədər uzatmaq istəyirlər. Lakin bu, asan deyil. Çünki ABŞ-ın yeni administrasiyası son aylarda vəziyyətə aydınlıq gətirib, Zelenski rejiminin əsl mahiyyətini və münaqişənin əsas səbəblərini görməyə başlayıb”, - deyib.

Nebenzya Rusiyanın davamlı olaraq təhrik edildiyini bildirərək, hazırda davam edən sülh danışıqlarında təşəbbüsün Ukraynanın tərəfində olduğunu vurğulayıb.

Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Xrystına Hayovyşın isə çıxışında Ukraynanın sülh danışıqlarından qorxmadığını, əksinə Rusiyanın bu çağırışları davamlı şəkildə rədd etdiyini bildirib.

O qeyd edib ki, Ukrayna Prezidenti 16 mayda İstanbulda keçirilmiş danışıqlara qatılmaq üçün Türkiyəyə səfər edib, lakin Rusiya tərəfi yüksək səviyyəli nümayəndə göndərmək əvəzinə, aşağı səviyyəli heyətlə təmsil olunub.

Hayovyşın: “Rus nümayəndə heyəti, 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda iştirak edən eyni şəxslərdən ibarət idi. Bu isə Rusiyanın yanaşmasının dəyişmədiyini göstərir. Məqsədləri İstanbul görüşünü mənasız və formal bir prosesə çevirmək idi”, - deyə bildirib.

O əlavə edib ki, Ukrayna danışıqların davamı və uğurlu nəticə verməsi üçün ən azı 30 günlük, şərtsiz və tam atəşkəsin təmin olunmasında israrlıdır. Lakin Rusiyanın müharibəni davam etdirmək və daha çox Ukrayna ərazisini işğal etmək üçün vaxt udmağa çalışdığını qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 May 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri