Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də dizelin qiyməti ilk dəfə bir qallon (3,785 litr) üçün 6 dolları keçib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, yanacağın bahalaşması inflyasiyanı artırmaq və prezident Donald Tramp üçün iqtisadi təzyiq yaratmaq təhlükəsi daşıyır.
Dizel yük maşınlarında, gəmilərdə, kənd təsərrüfatında və tikintidə geniş istifadə olunur. Yaxın Şərqdəki müharibə və Rusiyanın neft emalı zavodlarına hücumlar nəticəsində dizel istehsalı və ixracı azalıb.
Nəşrin məlumatına görə, Rusiya və Körfəz ölkələrindən dizel ixracının 2025-ci illə müqayisədə təxminən üçdə iki azalması qlobal bazarda çatışmazlıq yaradıb. ABŞ-də dizel ehtiyatları da ilin bu dövrü üçün 1982-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
“Reuters”in təhlilinə görə, dizelin bahalaşması nəqliyyat, ərzaq və digər məhsulların istehsal xərclərini artıraraq inflyasiyaya uzunmüddətli təsir göstərə bilər.