ABŞ də dizel qiymətləri Tramp üçün ciddi problem yarada bilər
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də dizelin qiyməti ilk dəfə bir qallon (3,785 litr) üçün 6 dolları keçib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, yanacağın bahalaşması inflyasiyanı artırmaq və prezident Donald Tramp üçün iqtisadi təzyiq yaratmaq təhlükəsi daşıyır.
Dizel yük maşınlarında, gəmilərdə, kənd təsərrüfatında və tikintidə geniş istifadə olunur. Yaxın Şərqdəki müharibə və Rusiyanın neft emalı zavodlarına hücumlar nəticəsində dizel istehsalı və ixracı azalıb.
Nəşrin məlumatına görə, Rusiya və Körfəz ölkələrindən dizel ixracının 2025-ci illə müqayisədə təxminən üçdə iki azalması qlobal bazarda çatışmazlıq yaradıb. ABŞ-də dizel ehtiyatları da ilin bu dövrü üçün 1982-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
“Reuters”in təhlilinə görə, dizelin bahalaşması nəqliyyat, ərzaq və digər məhsulların istehsal xərclərini artıraraq inflyasiyaya uzunmüddətli təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:Ukraynaya yardım Almaniya üçün problem yarada bilər..?
17 İyul 2025 18:55
Demokratlar ABŞ üçün ən ciddi təhdiddir Tramp
28 İyun 2026 20:27
Evdən işləmək gənc mütəxəssislər üçün problem yarada bilər
03 Sentyabr 2026 08:57
Ekspert: Zelenski Tramp üçün risk yarada bilər
07 Avqust 2025 13:04
“Tramp Avropa üçün problem olacaq” Şolts
22 Yanvar 2025 18:50
Baxış sayı:57
Bu xəbər 20 Sentyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















