ABŞ də qəzaya uğrayan təyyarədə kimlər olub?

16.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

"Kaliforniyada qəzaya uğrayan B-52 Stratofortress strateji bombardmançı təyyarəsinin göyərtəsində hərbi, dövlət və podratçılardan ibarət qarışıq heyət olub".

Avtosfer.az xəbər verir ki, bunu Edvards Hərbi Hava Qüvvələri Bazasının 412-ci Sınaq Qanadının komandir müavini polkovnik Ceyms Heys mətbuat konfransında deyib. 

"Bu, hərbi qulluqçulardan, mülki dövlət işçilərindən və dövlət podratçılarından ibarət qarışıq heyət idi. Onların kimliyini açıqlamayacağam", - deyə o,bildirib. 

Heys əlavə edib ki, Edvards Hərbi Hava Qüvvələri Bazası komandanlığı hazırda "hadisənin mümkün səbəbi barədə heç bir məlumata malik deyil" və qəzanın səbəbinin müəyyən edilməsi təxminən altı ay çəkə bilər.

Qeyd edək ki, təyyarənin göyərtəsində səkkiz nəfər olub. Bombaçı təyyarə sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью