ABŞ də qəzaya uğrayan təyyarədə kimlər olub?
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
"Kaliforniyada qəzaya uğrayan B-52 Stratofortress strateji bombardmançı təyyarəsinin göyərtəsində hərbi, dövlət və podratçılardan ibarət qarışıq heyət olub".
Avtosfer.az xəbər verir ki, bunu Edvards Hərbi Hava Qüvvələri Bazasının 412-ci Sınaq Qanadının komandir müavini polkovnik Ceyms Heys mətbuat konfransında deyib.
"Bu, hərbi qulluqçulardan, mülki dövlət işçilərindən və dövlət podratçılarından ibarət qarışıq heyət idi. Onların kimliyini açıqlamayacağam", - deyə o,bildirib.
Heys əlavə edib ki, Edvards Hərbi Hava Qüvvələri Bazası komandanlığı hazırda "hadisənin mümkün səbəbi barədə heç bir məlumata malik deyil" və qəzanın səbəbinin müəyyən edilməsi təxminən altı ay çəkə bilər.
Qeyd edək ki, təyyarənin göyərtəsində səkkiz nəfər olub. Bombaçı təyyarə sınaq uçuşu zamanı qəzaya uğrayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 İyun 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















