Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. "Bu gün Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurasının ikigünlük iclası başa çatd
Builki toplantı bir daha sübut etdi ki, təşkilat uzun müddətdir yığılıb qalan struktur və siyasi problemlərin təsiri altında ciddi tənəzzül
Moderator.az xəbər verir ki, bunu ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev bildirib.
Deputatın sözlərinə görə, tarixən belə zəif iştirak və bu qədər aşağı səviyyədə siyasi maraq ilə müşayiət olunan Nazirlər Şurası iclası, demək olar ki, olmayıb: “Həm ATƏT PA-nın Büro iclasında, həm Nazirlər Şurasında edilən çıxışlarda, həm də bir sıra diplomatlarla etdiyim qeyri-formal söhbətlərdə demək olar ki, hər kəs ATƏT-in gələcəyi ilə bağlı ciddi narahatlığını ifadə edirdi”.
A.Quliyev bildirin ki, bununla belə, iclas Azərbaycan üçün xüsusi bir mərhələ ilə yadda qaldı: “ATƏT sədrliyi Minsk qrupunun və ona bağlı bütün mexanizmlərin rəsmən ləğv edildiyini elan etdi.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov iclasda məzmunlu çıxış edərək cənab Prezident İlham Əliyevin liderliyi ilə bölgədə aparılan sülh, təhlükəsizlik və etimad quruculuğu prosesinə diqqət çəkdi.
Nazir həmçinin ölkəmizə qarşı ərazi iddiasını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsinin regional sülhün davamlılığı üçün zəruri olduğunu vurğuladı və Azərbaycanın prioritet hesab etdiyi məsələləri qeyd etdi.
Qürurla qeyd etməliyəm ki, Azərbaycan bu gün ATƏT çərçivəsində prinsipiallığı ilə seçilən, eyni zamanda mövqeyi nəzərə alınan, hörmət edilən, fikrinə istinad olunan nüfuzlu ölkələrdən birinə çevrilib.