Icma.az
close
up
RU
ABŞ dən ATƏT ə ultimatum qurum təmsilçisindən şok açıqlamalar

ABŞ dən ATƏT ə ultimatum qurum təmsilçisindən şok açıqlamalar

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Bu gün Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurasının ikigünlük iclası başa çatdı. Builki toplantı bir daha sübut etdi ki, təşkilat uzun müddətdir yığılıb qalan struktur və siyasi problemlərin təsiri altında ciddi tənəzzül yaşayır".

Moderator.az xəbər verir ki, bunu ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev bildirib.

Deputatın sözlərinə görə, tarixən belə zəif iştirak və bu qədər aşağı səviyyədə siyasi maraq ilə müşayiət olunan Nazirlər Şurası iclası, demək olar ki, olmayıb: “Həm ATƏT PA-nın Büro iclasında, həm Nazirlər Şurasında edilən çıxışlarda, həm də bir sıra diplomatlarla etdiyim qeyri-formal söhbətlərdə demək olar ki, hər kəs ATƏT-in gələcəyi ilə bağlı ciddi narahatlığını ifadə edirdi”. A.Quliyev bildirin ki, bununla belə, iclas Azərbaycan üçün xüsusi bir mərhələ ilə yadda qaldı: “ATƏT sədrliyi Minsk qrupunun və ona bağlı bütün mexanizmlərin rəsmən ləğv edildiyini elan etdi. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov iclasda məzmunlu çıxış edərək cənab Prezident İlham Əliyevin liderliyi ilə bölgədə aparılan sülh, təhlükəsizlik və etimad quruculuğu prosesinə diqqət çəkdi. Nazir həmçinin ölkəmizə qarşı ərazi iddiasını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsinin regional sülhün davamlılığı üçün zəruri olduğunu vurğuladı və Azərbaycanın prioritet hesab etdiyi məsələləri qeyd etdi. Qürurla qeyd etməliyəm ki, Azərbaycan bu gün ATƏT çərçivəsində prinsipiallığı ilə seçilən, eyni zamanda mövqeyi nəzərə alınan, hörmət edilən, fikrinə istinad olunan nüfuzlu ölkələrdən birinə çevrilib. Bu münasibət Nazirlər Şurasında çıxış edən bir çox ölkə nümayəndələrinin yanaşmalarında da açıq görünürdü”.

ATƏT-in nüfuz itkisi və iştirak səviyyəsindən bəhs edən deputat ın sözlərinə görə, Vyana iclası ATƏT-in hazırkı durumu barədə narahatlıq doğuran real vəziyyəti üzə çıxartdı: “Təxminən 20 ölkə xarici işlər naziri səviyyəsində yox, daha aşağı səviyyədə toplantıya qatıldı,  ABŞ isə  ən aşağı səviyyəli təmsilçi ilə iştirak etdi. Bu, ATƏT-in siyasi çəkisinin və təsir imkanlarının üzv dövlətlər tərəfindən artıq sual altına alındığının ən açıq göstəricisidir.

13 il ərzində ATƏT PA Bürosunun üzvü kimi Nazirlər Şurası iclaslarında iştirak edən şəxs olaraq deyə bilərəm ki, bu qədər aşağı təmsilçiliyə və bu qədər açıq laqeyd münasibətə heç vaxt rast gəlinməyib”. Deputatın fikrincə, Vyana toplantısı göstərdi ki, ATƏT dərin və sistemli böhran içindədir. 

Milli Məclis üzvü ABŞ-dan ATƏT-ə sərt ultimatum verilməsinə də diqqət çəkib: “İclasın ən diqqətçəkən məqamlarından biri ABŞ tərəfindən verilən açıq ultimatum oldu. ABŞ Dövlət Departamentinin rəsmisi Brendon Hanrahan bildirdi ki, ATƏT fundamental və real islahatlara başlamasa, Amerika təşkilatda iştirakını yenidən nəzərdən keçirəcək. 

ABŞ-ın irəli sürdüyü tələblər bunlardır:

1. 2026-cı il büdcəsinin ən azı 15 milyon avro azaldılması;

2. Üzv ölkələrin daxili siyasi proseslərinə müdaxilə edən strukturların yenidən qurulması;

3. Rusiya ilə real və effektiv münaqişə idarəçiliyi dialoqunun bərpası. Görün, vəziyyət nə həddə çatıbsa, ATƏT-i uzun illər müdafiə edən və təşkilatın əsas dayaqlarından biri olan ABŞ bu gün artıq onu üzvlükdən çıxmaqla açıq şəkildə təhdid edir. Bu, təkcə ATƏT-in institusional böhranının göstəricisi deyil, həm də multilateralizmin,  yəni beynəlxalq əməkdaşlıq və kollektiv təhlükəsizlik modelinin  tarixi bir dönüş nöqtəsinə çatdığını göstərir.  

Bu tələblər bir daha onu təsdiq edir ki, ATƏT mövcud idarəetmə və fəaliyyət modeli ilə yoluna  davam edə bilməz. Təşkilatın gələcəkdə funksional qalması yalnız ciddi, mərhələli və nəticə yönümlü islahatlarla mümkündür”.

A.Quliyev həmçinin bildirib: “Şübhəsiz ki, Vyanada baş tutan 32-ci Nazirlər Şurası ATƏT-in son 50 illik  tarixində ən kritik mərhələyə keçdiyini, dərin böhranla üzləşdiyini bir daha ortaya qoydu.

Bu gün təşkilat üçün seçim açıqdır: ya özünü yenidən qurub regionun təhlükəsizlik arxitekturasına real töhfə verən instituta çevrilməli, ya da geosiyasi proseslərdən kənara çəkilərək təsir imkanlarını və funksiyanallığını tam itirməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri