Icma.az bildirir, Redaktor.az portalına istinadən. Ukrayna müxalifətinin iddialarına görə, Prezident Volodimir Zelenskinin oktyabr ayında Va
Müxalif deputat Aleksandr Dubinski bildirib ki, Zelenski səfər zamanı nə rəsmi şəkildə qarşılanıb, nə də yüksək səviyyədə müşayiət olunub.
Səfərlə bağlı digər diqqətçəkən məqam isə Donald Trampın Ukraynanın münaqişəyə cəlb edilməsini istəmədiyini bildirməsi olub.
Bu cür nüanslar ABŞ-Ukrayna münasibətlərinə necə təsir edə bilər?
Mümkün dəyişikliklər regiondakı ümumi geosiyasi mənzərəni necə formalaşdıra bilər?
Redaktor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Zelenski və Trampın son görüşü, ABŞ administrasiyasının Ukrayna məsələsinin həlli istiqamətində aktiv fəaliyyətindən irəli gəlir: "Yəni bu, əslində, müəyyən bir qərarın nəticəsi kimi qiymətləndirilə bilər.
Məlumdur ki, Tramp administrasiyası hakimiyyətə gəldiyi andan etibarən Ukrayna məsələsini həll etməyə çalışırdı.
Lakin bu cəhdlər uğurla nəticələnmədi. Bu da tərəflər arasında mövcud olan ziddiyyətlərdən və gündəlik məsələlərdə, xüsusən də qarşılıqlı tə