Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

ABŞ dən soyuq qarşılama: Zelenskinin taleyinə Tramp qərar verəcək?

ABŞ dən soyuq qarşılama: Zelenskinin taleyinə Tramp qərar verəcək?

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ukrayna müxalifətinin iddialarına görə, Prezident Volodimir Zelenskinin oktyabr ayında Vaşinqtona etdiyi son səfəri onun ABŞ-yə sonuncu rəsmi səfəri ola bilər. Müxalif deputat Aleksandr Dubinski bildirib ki, Zelenski səfər zamanı nə rəsmi şəkildə qarşılanıb, nə də yüksək səviyyədə müşayiət olunub. Səfərlə bağlı digər diqqətçəkən məqam isə Donald Trampın Ukraynanın münaqişəyə cəlb edilməsini istəmədiyini bildirməsi olub.

Bu cür nüanslar ABŞ-Ukrayna münasibətlərinə necə təsir edə bilər? Mümkün dəyişikliklər regiondakı ümumi geosiyasi mənzərəni necə formalaşdıra bilər?

Redaktor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Zelenski və Trampın son görüşü, ABŞ administrasiyasının Ukrayna məsələsinin həlli istiqamətində aktiv fəaliyyətindən irəli gəlir:

"Yəni bu, əslində, müəyyən bir qərarın nəticəsi kimi qiymətləndirilə bilər. Məlumdur ki, Tramp administrasiyası hakimiyyətə gəldiyi andan etibarən Ukrayna məsələsini həll etməyə çalışırdı. Lakin bu cəhdlər uğurla nəticələnmədi. Bu da tərəflər arasında mövcud olan ziddiyyətlərdən və gündəlik məsələlərdə, xüsusən də qarşılıqlı tələblərin uyğunsuzluğundan qaynaqlanırdı. Bununla belə, ABŞ administrasiyasında həmişə belə bir fikir olub ki, münaqişənin yeganə həll yolu Rusiyanın da mövqeyini nəzərə alınmaqla mümkün ola bilər. Onlar daim bu kontekstdən çıxış edirdilər. Zelenski ilə son görüşdə də müəyyən mənada belə bir mesaj müşahidə olunurdu ki, Tramp və Putin bu məsələdə hansısa bir razılığa gəliblər. Yəni bu barədə ehtimallar və fikirlər mövcuddur. Zelenski ilə görüşdən sonra Trampın Rusiya tərəfinə müəyyən təzyiq imkanları yaratdığı müşahidə edildi. Ortaya çıxdı ki, məqsəd Rusiyanı maksimalist tələblərdən imtina etməyə məcbur etməkdir. Lakin hazırda Trampın yanaşması dəyişib, o, artıq Ukraynanı razılaşmaya məcbur etməyə çalışır".

Politoloqun fikrincə, Trampın yanaşmasının dəyişməsi iki səbəbdən qaynaqlanır:

"Birincisi, Qəzzada sülhün əldə olunmasından sonra Tramp artıq diqqətini tam şəkildə Ukrayna məsələsinə yönəltmək və bu problemi də həll etmək niyyətindədir.
İkincisi isə Tramp administrasiyası anlayır ki, Rusiyaya təzyiqlərlə onu müharibədən geri çəkilməyə məcbur etmək çətindir. Hətta Trampın özü də qeyd edib ki, əgər Ukraynaya yeni raketlər veriləcəksə, bu, müharibənin daha da genişlənməsinə və gərginləşməsinə səbəb ola bilər. Bu səbəblərə görə Tramp bir növ Putinlə anlaşma yolunu tutur. Putin və Tramp arasında son baş tutan telefon danışığından sonra məlum oldu ki, tərəflər Macarıstanda görüş keçirməyə dair razılıq əldə ediblər. Eyni zamanda, görünür ki, Rusiya tərəfi Trampın Ukrayna ilə bağlı təqdim etdiyi planla müəyyən mənada razılaşıb və ya ən azı bu planın masa arxasında müzakirəyə çıxarılmasına hazır olduğunu bildirib. İndi əsas məsələ Ukraynanın bu planla razılaşdırılmasıdır. Burada söhbət yalnız Ukraynanın öz müqavimətindən getmir, bu müqavimətin əsas təminatçılarından biri Avropadır. Məhz buna görə də Tramp Ukraynaya təzyiqləri artıraraq çalışır ki, Kiyev danışıqlar masasına əyləşsin və məsələ Rusiya ilə müzakirə olunsun, yekunda isə müəyyən nəticə əldə edilsin. Zelenskiyə göstərilən təzyiqlər də məhz bu məqsədə xidmət edir. Böyük ehtimalla, Putin və Trampın Macarıstanda keçirilməsi planlaşdırılan görüşünə qədər Zelenskinin rəhbərlik etdiyi Ukrayna hökumətinə ciddi təzyiqlər edilə bilər. Zelenskinin ABŞ-də rəsmi şəkildə qarşılanmaması və ya son səfərinin bu şəkildə təqdim edilməsi də Ukrayna daxilində müəyyən ictimai fikrin formalaşmasına səbəb olur. Məlumdur ki, Ukraynada, hətta mövcud siyasi komandanın daxilində belə Zelenskinin əleyhdarları mövcuddur. Zaman-zaman onun dəyişdirilməsi və ya hakimiyyətdən getməsi məsələsi də gündəmə gəlir. Bu məlumatları və baş verənləri həmin siyasi mübarizənin tərkib hissəsi kimi dəyərləndirmək olar".

Asif Nərimanlının fikrincə, əgər Zelenski Trampın planı ilə razılaşmasa, bu, onun hakimiyyətdə qalması məsələsini də risk altına ata bilər.

"Çünki Tramp daha əvvəl də bu kontekstdə Zelenskiyə təzyiq göstərərək onun legitim prezident olmadığını, seçkilərin keçirilmədiyini qeyd etmişdi. Bu səbəbdən də Zelenskinin hakimiyyətdə qalması məsələsi Ukrayna müharibəsinin və danışıqların fonunda yenidən aktuallaşa bilər", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see192

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see185

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see176

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see175

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see163

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see151

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see140

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri