Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ukrayna 10 ədəd “Patriot” zenit-raket kompleksi üçün 15 milyard ABŞ dolları ödəməyə hazırdır, lakin Vaşinqton bu sistemləri satmaqdan imtina edir”.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz ABŞ-dən zenit-raket kompleksini almağa hazırıq, bizə ən azı 10 ədəd “Patriot” sistemi lazımdır. Bu da 15 milyard dollar edir.
Biz bu məbləği ödəməyə hazırıq, bu pulu tapacağıq və hər şeyi ödəyəcəyik.
Bizim hava hücumundan müdafiə sistemlərimiz yoxdur, bu sistemlərimiz kifayət qədər deyil.
Bizə lazım olan yeni silahlar paketini ABŞ-yə təhvil verdik. Biz bu paketi almağa hazırıq.
Biz bunu avropalı tərəfdaşlarla müzakirə etdik, onlar bizimlə birgə müvafiq paketləri maliyyələşdirməyə hazırdırlar.