“ABŞ deyir ki, imkan yoxdur, amma bu sistemləri İsrailə ötürür” Zelenski
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ukrayna 10 ədəd “Patriot” zenit-raket kompleksi üçün 15 milyard ABŞ dolları ödəməyə hazırdır, lakin Vaşinqton bu sistemləri satmaqdan imtina edir”.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz ABŞ-dən zenit-raket kompleksini almağa hazırıq, bizə ən azı 10 ədəd “Patriot” sistemi lazımdır. Bu da 15 milyard dollar edir. Biz bu məbləği ödəməyə hazırıq, bu pulu tapacağıq və hər şeyi ödəyəcəyik. Bizim hava hücumundan müdafiə sistemlərimiz yoxdur, bu sistemlərimiz kifayət qədər deyil. Bizə lazım olan yeni silahlar paketini ABŞ-yə təhvil verdik. Biz bu paketi almağa hazırıq. Biz bunu avropalı tərəfdaşlarla müzakirə etdik, onlar bizimlə birgə müvafiq paketləri maliyyələşdirməyə hazırdırlar. Mən başa düşmürəm ki, biz niyə ABŞ ilə əlavə “Patriot” sistemləri barədə razılığa gələ bilmirik? ABŞ deyir ki, bu gün heç bir imkan yoxdur. Amma eyni zamanda, bu sistemləri, məsələn, İsrailə ötürürlər”, – Zelenski bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Aprel 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















