Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bu addımla Rusiya iqtisadiyyatına qarşı ölümcül zərbənin endirilməsi planlaşdırılır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın G7-nin digər üzvlərindən Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmalarını tövsiyyə etməsini şərh edərkən deyib.
Ekspert bildirib ki, bu sanksiya paketinin tətbiqilə Rusiya iqtisadiyyatına qarşı ölümcül zərbənin endirilməsi planlaşdırılır: "Amma təəssüf ki, bu prosesdə Tramp adminstrasiyası Avropadakı müttəfiqlərilə birgə hərəkət etmir".
Həmsöhbətimizin fikrincə, növbəti mərhələdə Rusiyanın daha çox ixracyönümlü sahələri sanksiyalara məruz qalacaq: "Hansı sahələrin sanksiyalara məruz qalacağına gəldikdə, bu barədə qərar qəbul edən tərəflərin məsələ ətrafında müzakirələrə başlamalarından sonra daha dəqiq fikir bildirmək olar.
Bununla belə, hesab edirəm ki, daha çox Rusiya iqtisadiyyatının ixracyönümlü sahələri, bank-maliyyə sektoru sanksiyaların növbəti mərhələsinə tuş gələcək.
O cümlədən, Rusiya ixrac məhsullarını alan ölkələrə də belə məhdudiyyətlər tətbiq oluna bilər.
Artıq Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində iş aparır.