Icma.az
close
up
RU
ABŞ hərəkətə keçdi Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)

ABŞ hərəkətə keçdi Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu addımla Rusiya iqtisadiyyatına qarşı ölümcül zərbənin endirilməsi planlaşdırılır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın G7-nin digər üzvlərindən Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmalarını tövsiyyə etməsini şərh edərkən deyib. 

Ekspert bildirib ki, bu sanksiya paketinin tətbiqilə Rusiya iqtisadiyyatına qarşı ölümcül zərbənin endirilməsi planlaşdırılır:

"Amma təəssüf ki, bu prosesdə Tramp adminstrasiyası Avropadakı müttəfiqlərilə birgə hərəkət etmir".

Həmsöhbətimizin fikrincə, növbəti mərhələdə Rusiyanın daha çox ixracyönümlü sahələri sanksiyalara məruz qalacaq: 

"Hansı sahələrin sanksiyalara məruz qalacağına gəldikdə, bu barədə qərar qəbul edən tərəflərin məsələ ətrafında müzakirələrə başlamalarından sonra daha dəqiq fikir bildirmək olar. Bununla belə, hesab edirəm ki, daha çox Rusiya iqtisadiyyatının ixracyönümlü sahələri, bank-maliyyə sektoru sanksiyaların növbəti mərhələsinə tuş gələcək. O cümlədən, Rusiya ixrac məhsullarını alan ölkələrə də belə məhdudiyyətlər tətbiq oluna bilər. Artıq  Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində iş aparır. Bu paketə isə Rusiyaya yönəlik əvvəlki sanksiyalar paketinə daxil edilməyən məqamlar öz əksini tapacaq. Yəni növbəti paket indiyə kimi, sanksiya tətbiq edilməyən iqtisadi sahələrə, habelə yeni qurum və siyasi, iş dünyasındakı şəxslərə qarşı yönələcək".


Ekspert düşünür ki, Ağ Ev tərəfindən G7-lərlə bağlı səslənən yeni açıqlama, ABŞ-la Avropa dövlətlərinin Rusiyanın təcavüzkar siyasətini dayandırmaq istiqamətində diplomatik və ya sanksiyalar, habelə Ukraynanı hərtərəfli dəstəkləmək yolu ilə atacaqları birgə addımlar Moskvanı Kiyevə və bütövlükdə Qərbə qarşı işğalçılıq siyasətindən çəkindirə bilər:

"Belə bir addımın atılması daha çox effektiv ola bilər. Burada məsələ ondadır ki, ABŞ G7-yə üzv ölkələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparsa da, amma uzun müddətdir Vaşinqtonun özünün Rusiyaya qarşı birbaşa sanksiyalarda iştirakının şahidi olmuruq".

Qeyd edək ki, ABŞ G7-nin digər üzvlərindən Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmalarını istəyir. Belə ki, ABŞ-ın maliyyə naziri Scott Bessent keçən həftə  Böyük Britaniya, Almaniya və Kanadadakı həmkarları ilə keçirdiyi görüşlərdə Vaşinqtonun G7 vasitəsilə Rusiyaya iqtisadi təzyiqlərin artırılmasını gözlədiyini bildirib. O deyib ki, ABŞ  administrasiyası Avropanın G7-nin razılaşdırılmış fəaliyyəti vasitəsilə Rusiyaya təzyiqin artırılmasında aparıcı rol oynayacağını gözləyir. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri