ABŞ ilə Avropa arasında iqtisadi müharibə gözlənilir? (ŞƏRH) | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Trampın Avropa İttifaqı ilə iqtisadi müharibədə məqsədi bu qurumu ABŞ-dan daha çox neft və qaz almağa razı salmaqdır”.
Qaynarinfo-ya açıqlamasında bunu iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-la Avropa İttifaqı arasında iqtisadi müharibənin başlanması ehtimalını şərh edərkən deyib.
Bu səbəbdən də ekspertin fikrincə, Amerika ilə Aİ arasında iqtisadi müharibə başlamayacaq: "Fikrimcə, məsələ ilə bağlı Avropa İttifaql ilə ABŞ arasında intensiv danışıqlar başlayacaq.
Onlar arasında qarşılıqlı ticarət dövriyyəsi bir trilyon dollardan bir qədər çoxdur.
Ona görə də aralarında ticarət müharibəsi başlasa, bu, hər iki tərəfə ziyan vuracaq.
Tramp adminstrasiyasının bu fonda Avropa İttifaqına tariflərin artırılması ilə bağlı verdiyi mesajlar sadəcə olaraq, başqa məsələlərdə birliyin güzəşt etməsinə hesablanıb.
Yəni ola bilər tərəflər iqtisadi müharibəyə başlamasın, tariflər qaldırılmasın, əvəzində isə Aİ Amerikadan daha çox neft və qaz almağa razılıq versin.
Tam oxu
Xəbəri oxu