Icma.az
close
up
RU
ABŞ ilə Avropa arasında iqtisadi müharibə gözlənilir? (ŞƏRH)

ABŞ ilə Avropa arasında iqtisadi müharibə gözlənilir? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Trampın Avropa İttifaqı ilə iqtisadi müharibədə məqsədi bu qurumu ABŞ-dan daha çox neft və qaz almağa razı salmaqdır”. 

Qaynarinfo-ya açıqlamasında bunu iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-la Avropa İttifaqı arasında iqtisadi müharibənin başlanması ehtimalını şərh edərkən deyib.

Bu səbəbdən də ekspertin fikrincə, Amerika ilə Aİ arasında iqtisadi müharibə başlamayacaq:

"Fikrimcə, məsələ ilə bağlı Avropa İttifaql ilə ABŞ arasında intensiv danışıqlar başlayacaq. Onlar arasında qarşılıqlı ticarət dövriyyəsi bir trilyon dollardan bir qədər çoxdur. Ona görə də aralarında ticarət müharibəsi başlasa, bu, hər iki tərəfə ziyan vuracaq. Tramp adminstrasiyasının bu fonda Avropa İttifaqına tariflərin artırılması ilə bağlı verdiyi mesajlar sadəcə olaraq, başqa məsələlərdə birliyin güzəşt etməsinə hesablanıb. Yəni ola bilər tərəflər iqtisadi müharibəyə başlamasın, tariflər qaldırılmasın, əvəzində isə Aİ Amerikadan daha çox neft və qaz almağa razılıq versin. Bu versiyanın gerçəkləşmə ehtimalı daha yüksəkdir. Ona görə də Trampın Aİ-yə iqtisadi müharibə elan etməsini sadəcə olaraq gələcək danışıqlarda qurum ölkələrini güzəştlərə getməyə məcbur etmək metodu kimi dəyərləndirmək daha doğru olar”.


Qeyd edək ki, Donald Tramp bir sıra addımlarla yanaşı, Avropa İttifaqı ölkələrinə qarşı da müəyyən addımlar atmağı düşünür. Bu addımlar əsasən iqtisadi sferanı əhatə edir ki, Tramp Avropadan gələn mallara tarifləri qaldırmaq niyyətini bəyan edib. Bu isə iki iqtisadi nəhəng arasında sözün həqiqi mənasında iqtisadi müharibəyə rəvac verə bilər. 

Xatırladaq ki, ABŞ-la Aİ arasında ticari dövriyyənin həcmi bütün dünya iqtisadi əlaqələrinin az qala 40 faizinə yaxındır. Bu isə onu deməyə əsas verir ki, onlar arasında baş vermə ehtimalı istisna edilməyən iqtisadi müharibə bütün dünyanı olduqca çətin duruma sala bilər.


Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri