Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“Bütün cəbhələrdə müharibənin dayandırılması ABŞ ilə əldə ediləcək istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır və bu, İranın tələblərindən biri olaraq qalır”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Bütün cəbhələrdə müharibənin dayandırılması istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır. Müharibənin davam etdiyi şəraitdə razılaşma əldə etmək mümkündürmü? Buna görə də bu, İranın tələblərindən biridir”, – deyə o, brifinq zamanı qeyd edib.
Bəqayinin sözlərinə görə, bu tələb yalnız İranın maraqlarından irəli gəlmir, həm də ölkənin bütün region qarşısında məsuliyyətini əks etdirir:
“Çünki Tehran regionun təhlükəsizliyini və sabitliyini vahid bir bütöv kimi qiymətləndirir. İranın tələbləri aydındır və Xarici İşlər Nazirliyi onların yerinə yetirilməsi üçün qətiyyətlə və ardıcıl şəkildə çalışacaq”.