“ABŞ ilə razılıq üçün bütün cəbhələrdə müharibənin dayandırılması şərtdir”
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“Bütün cəbhələrdə müharibənin dayandırılması ABŞ ilə əldə ediləcək istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır və bu, İranın tələblərindən biri olaraq qalır”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Bütün cəbhələrdə müharibənin dayandırılması istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır. Müharibənin davam etdiyi şəraitdə razılaşma əldə etmək mümkündürmü? Buna görə də bu, İranın tələblərindən biridir”, – deyə o, brifinq zamanı qeyd edib.
Bəqayinin sözlərinə görə, bu tələb yalnız İranın maraqlarından irəli gəlmir, həm də ölkənin bütün region qarşısında məsuliyyətini əks etdirir:
“Çünki Tehran regionun təhlükəsizliyini və sabitliyini vahid bir bütöv kimi qiymətləndirir. İranın tələbləri aydındır və Xarici İşlər Nazirliyi onların yerinə yetirilməsi üçün qətiyyətlə və ardıcıl şəkildə çalışacaq”.
Bu mövzuda digər xəbərlər:“Bütün problemlərə nöqtə qoyulması üçün liderlərin görüşü şərtdir
19 Avqust 2025 18:44
Müharibənin dayandırılması üçün bütün tərəflərlə birlikdə çalışacağıq”
02 İyul 2025 12:40
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ a göndərib
19 Sentyabr 2026 20:22
Trampın mövqeyi Hindistan üçün vacib şərtdir
07 May 2025 15:15
Qarşılıqlı ehtiram siyasi münasibətlər üçün şərtdir
15 İyul 2026 10:10
Baxış sayı:78
Bu xəbər 23 Noyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















