“ABŞ ın liderliyi sona yaxınlaşır: dünya daha təhlükəli mərhələyə daxil olur“ “The Atlanti…
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Vaşinqtonun geri çəkilməsi çoxqütblü dünyada riskləri artırır..." Vaşinqtonun geri çəkilməsi və köhnə nizamın dağılması ABŞ-ın İkinci Dünya müharibəsindən sonra qurduğu liberal dünya nizamı faktiki olaraq dağılma mərhələsinə keçib.
Moderator.az xəbər verir ki, bu barədə "theatlantic.com" nəşri yazıb.
Nəşrin yazdığına görə, Donald Tramp administrasiyasının yeni milli təhlükəsizlik strategiyası Vaşinqtonun artıq qlobal təhlükəsizliyin əsas təminatçısı olmaq istəmədiyini açıq şəkildə göstərir.
ABŞ beynəlxalq öhdəliklərdən uzaqlaşır, müttəfiqlər sistemini zəiflədir və güc siyasətini prioritetə çevirir.
Analitik Robert Kaqanın fikrincə, Amerika hərbi gücü artıq sabitlik yaratmaq üçün deyil, mövcud nizamı sökmək üçün istifadə olunur.
Bu isə dünyanı 1945-ci ildən əvvəlki dövrü xatırladan təhlükəli bir mərhələyə aparır: rəqabət aparan böyük dövlətlər, təsir dairələri və artan müharibə riski.
Avropa və Asiya ABŞ-sız dövrə hazır deyil ABŞ-ın geri çəkilməsi ən çox Avropa və Asiyada narahatlıq yaradır.
Tam oxu
Xəbəri oxu