ABŞ İran müharibəsi: Körfəz ölkələrinin zərəri 790 milyard olacaq

29.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar və Hörmüz boğazındakı böhran Fars körfəzi ölkələrinin iqtisadiyyatına ciddi ziyan vurur. Münaqişə nəticəsində Körfəz ölkələrinə təkcə bərpa işləri üzrə 200 milyard dollarlıq yük düşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda məlumat beynəlxalq sığorta və maliyyə analitikası şirkəti "Allianz Trade"-in son hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, regional qeyri-sabitlik və dəniz ticarətindəki fasilələr davam edərsə, 2026–2030-cu illər ərzində Fars körfəzi ölkələrinin ümumi iqtisadi itkiləri 790 milyard dollara çatacaq. Böhranın təsirləri xüsusilə iqtisadiyyatı Hörmüz boğazından birbaşa asılı olan Küveyt, Qətər və Bəhreyndə özünü kəskin göstərir. Ümumilikdə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin ÜDM-nin bu il 4 faiz azalacağı, neft-qaz sektorunun isə 8,5 faiz kiçiləcəyi proqnozlaşdırılır.

Məlumata görə, müharibənin yaratdığı maliyyə təzyiqləri fonunda Bəhreynin milli valyutasını və maliyyə sabitliyini qorumaq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı 5,4 milyard dollar dəyərində beşillik valyuta svop müqaviləsi imzalayıb. Analitiklər bildirirlər ki, regional gərginlik Səudiyyə Ərəbistanı və BƏƏ-nin iri meqa-layihələrdən imtina edərək enerji marşrutlarını şaxələndirməyə yönəlməsini sürətləndirib.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью