ABŞ İran müharibəsi: Körfəz ölkələrinin zərəri 790 milyard olacaq
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar və Hörmüz boğazındakı böhran Fars körfəzi ölkələrinin iqtisadiyyatına ciddi ziyan vurur. Münaqişə nəticəsində Körfəz ölkələrinə təkcə bərpa işləri üzrə 200 milyard dollarlıq yük düşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda məlumat beynəlxalq sığorta və maliyyə analitikası şirkəti "Allianz Trade"-in son hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, regional qeyri-sabitlik və dəniz ticarətindəki fasilələr davam edərsə, 2026–2030-cu illər ərzində Fars körfəzi ölkələrinin ümumi iqtisadi itkiləri 790 milyard dollara çatacaq. Böhranın təsirləri xüsusilə iqtisadiyyatı Hörmüz boğazından birbaşa asılı olan Küveyt, Qətər və Bəhreyndə özünü kəskin göstərir. Ümumilikdə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin ÜDM-nin bu il 4 faiz azalacağı, neft-qaz sektorunun isə 8,5 faiz kiçiləcəyi proqnozlaşdırılır.
Məlumata görə, müharibənin yaratdığı maliyyə təzyiqləri fonunda Bəhreynin milli valyutasını və maliyyə sabitliyini qorumaq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı 5,4 milyard dollar dəyərində beşillik valyuta svop müqaviləsi imzalayıb. Analitiklər bildirirlər ki, regional gərginlik Səudiyyə Ərəbistanı və BƏƏ-nin iri meqa-layihələrdən imtina edərək enerji marşrutlarını şaxələndirməyə yönəlməsini sürətləndirib.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 Noyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















