ABŞ İran qarşıdurması yenidən alovlandı

21.04.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Xarici İşlər Nazirliyi ABŞ tərəfindən İran konteyner gəmisinin saxlanılmasını sərt şəkildə tənqid edib və bunu "dəniz quldurluğu" kimi qiymətləndirib.

Milli.Az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, hadisə zamanı sərnişinlərin və heyətin qorxudulması baş verib və bu addım beynəlxalq hüquqa zidd "qeyri-qanuni və cinayət xarakterli" hərəkət kimi dəyərləndirilib. Tehran ABŞ-dan gəminin və göyərtəsində olan şəxslərin dərhal azad edilməsini tələb edib.

İran tərəfi həmçinin xəbərdarlıq edib ki, bu cür addımlar regionda gərginliyi artırır və nəticələrinə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.

Qeyd olunur ki, ABŞ hərbçiləri Oman körfəzində İran bayrağı altında üzən konteyner gəmisini saxlayıb və əməliyyat zamanı gəminin mühərrik hissəsinə ziyan dəydiyi bildirilib. 

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью