ABŞ İran qarşıdurması yenidən alovlandı
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Xarici İşlər Nazirliyi ABŞ tərəfindən İran konteyner gəmisinin saxlanılmasını sərt şəkildə tənqid edib və bunu "dəniz quldurluğu" kimi qiymətləndirib.
Milli.Az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, hadisə zamanı sərnişinlərin və heyətin qorxudulması baş verib və bu addım beynəlxalq hüquqa zidd "qeyri-qanuni və cinayət xarakterli" hərəkət kimi dəyərləndirilib. Tehran ABŞ-dan gəminin və göyərtəsində olan şəxslərin dərhal azad edilməsini tələb edib.
İran tərəfi həmçinin xəbərdarlıq edib ki, bu cür addımlar regionda gərginliyi artırır və nəticələrinə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.
Qeyd olunur ki, ABŞ hərbçiləri Oman körfəzində İran bayrağı altında üzən konteyner gəmisini saxlayıb və əməliyyat zamanı gəminin mühərrik hissəsinə ziyan dəydiyi bildirilib.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 21 Aprel 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















