ABŞ İran üzərinə sanksiya təzyiqini sərtləşdirməyi dayandırdı | Icma.az
Icma.az bildirir, Bizimyol portalına istinadən. Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqini dayandırmaq barədə göstəriş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti bazar günü məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ötən həftə Ağ Evin mətbuat katibi Kerolayn Livitt Dövlət Departamenti, Maliyyə Nazirliyi və Milli Təhlükəsizlik Şurasına "İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı bütün fəaliyyəti dayandırmaq" barədə göstəriş göndərib.
Nəticədə ABŞ Prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı "maksimum təzyiq" kampaniyası faktiki olaraq dayanıb.
Livittin müavini Anna Kelli "The Wall Street Journal"a şərhində bu məlumatları açıq şəkildə təkzib etməyib, lakin qeyd edib ki, "sanksiyalarla bağlı istənilən yeni qərarlar barədə yalnız Ağ Ev və ya müvafiq dövlət orqanları məlumat verə bilər".
Qəzetin məlumatına görə, sonuncu dəfə Vaşinqton 21 may tarixində Tehrana qarşı yeni məhdudiyyətlər tətbiq edib və bundan sonra Maliyyə Nazirliyi ən azı iki dəfə yeni sanksiyaların elanını təxirə salıb.
Neft satışına və İranın dondurulmuş aktivlərinə dair əsas məhdudiyyətlər ehtimal ki, qüvvədə qalır.
Bununla belə, Tramp administrasiyasındakı bəzi məmurlar bu “pauzanın” müddəti və miqyası ilə bağlı qeyri-müəyyənlikdən narahatdırlar.
Tam oxu
Xəbəri oxu