Icma.az
close
up
RU
ABŞ İran üzərinə sanksiya təzyiqini sərtləşdirməyi dayandırdı

ABŞ İran üzərinə sanksiya təzyiqini sərtləşdirməyi dayandırdı

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqini dayandırmaq barədə göstəriş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti bazar günü məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ötən həftə Ağ Evin mətbuat katibi Kerolayn Livitt Dövlət Departamenti, Maliyyə Nazirliyi və Milli Təhlükəsizlik Şurasına "İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı bütün fəaliyyəti dayandırmaq" barədə göstəriş göndərib. Nəticədə ABŞ Prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı "maksimum təzyiq" kampaniyası faktiki olaraq dayanıb.

Livittin müavini Anna Kelli "The Wall Street Journal"a şərhində bu məlumatları açıq şəkildə təkzib etməyib, lakin qeyd edib ki, "sanksiyalarla bağlı istənilən yeni qərarlar barədə yalnız Ağ Ev və ya müvafiq dövlət orqanları məlumat verə bilər". Qəzetin məlumatına görə, sonuncu dəfə Vaşinqton 21 may tarixində Tehrana qarşı yeni məhdudiyyətlər tətbiq edib və bundan sonra Maliyyə Nazirliyi ən azı iki dəfə yeni sanksiyaların elanını təxirə salıb.

Neft satışına və İranın dondurulmuş aktivlərinə dair əsas məhdudiyyətlər ehtimal ki, qüvvədə qalır. Bununla belə, Tramp administrasiyasındakı bəzi məmurlar bu “pauzanın” müddəti və miqyası ilə bağlı qeyri-müəyyənlikdən narahatdırlar. Bəzi rəsmilər hesab edir ki, bu yanaşmanın məqsədi İranın nüvə proqramı ilə bağlı həssas danışıqlar fonunda gələcək məhdudiyyətləri diqqətlə analiz etməkdir.

30 may tarixində ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran yaxın zamanda İranın nüvə proqramı ilə bağlı razılıq əldə edə bilər. İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, tərəflər hələlik razılaşmadan uzaqdır.

İran və ABŞ nümayəndələri 23 may tarixində Romada Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. Danışıqlarda vasitəçi rolunu Oman oynayıb. Omanın xarici işlər naziri Bədr əl-Busəidi müzakirələrdən sonra "müəyyən, lakin yekun olmayan irəliləyişin" əldə edildiyini bildirib. Onun iranlı həmkarı isə qeyd edib ki, Tehran və Vaşinqton bir-iki görüş ərzində müsbət nəticələr əldə etməyə ümid edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 07:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri