Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ-nin Alyaska ştatı ilə Kanadanın Yukon ərazisi sərhəddində dağlıq, əhalinin az
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP ABŞ Geoloji Xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, dekabrın 6-sı yerli vaxtla saat 20:41-də baş verən zəlzələdən sonra üç saat ərzində maqnitudası 5,1 ilə 3,3 arasında dəyişən 30-dan çox afterşok baş verib.
Zəlzələnin episentri Yukon ştatının paytaxtı Uaythors şəhərindən təxminən 248 kilometr qərbdə və Alyaskanın paytaxtı Juneau şəhərindən 230 kilometr şimal-qərbdə yerləşib.
Alyaskanın Yakutat şəhərinin polis rəisi Teo Keyps bildirib ki, zəlzələ təəccüblü dərəcədə uzun, 15-20 saniyə davam edib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. ABŞ Sunami Xəbərdarlıq Sisteminin məlumatına görə, sunami təhlükəsi olmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.