ABŞ Kanada sərhədində 7 ballıq zəlzələ oldu
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Alyaska ştatı ilə Kanadanın Yukon ərazisi sərhəddində dağlıq, əhalinin az məskunlaşdığı regionda 7,0 bal gücündə güclü zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP ABŞ Geoloji Xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, dekabrın 6-sı yerli vaxtla saat 20:41-də baş verən zəlzələdən sonra üç saat ərzində maqnitudası 5,1 ilə 3,3 arasında dəyişən 30-dan çox afterşok baş verib.
Zəlzələnin episentri Yukon ştatının paytaxtı Uaythors şəhərindən təxminən 248 kilometr qərbdə və Alyaskanın paytaxtı Juneau şəhərindən 230 kilometr şimal-qərbdə yerləşib.
Alyaskanın Yakutat şəhərinin polis rəisi Teo Keyps bildirib ki, zəlzələ təəccüblü dərəcədə uzun, 15-20 saniyə davam edib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. ABŞ Sunami Xəbərdarlıq Sisteminin məlumatına görə, sunami təhlükəsi olmayıb.
Bu mövzuda digər xəbərlər:ABŞdə 7 ballıq zəlzələ oldu
05 Dekabr 2024 23:18
Əfqanıstanda 7 ballıq zəlzələ oldu
03 Noyabr 2025 00:44
Bu ölkədə 7 ballıq zəlzələ oldu
25 Mart 2025 08:52
ABŞdə 7 ballıq zəlzələ oldu KONKRET
05 Dekabr 2024 23:36
Türkiyəİran sərhədində 4,3 ballıq zəlzələ olub
09 Yanvar 2025 18:53
Baxış sayı:29
Bu xəbər 07 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















