Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son vaxtlar ABŞ öz rəqiblərinə müxtəlif cinahlardan zərbələr endirməklə məşğuldur.
İstər iqtisadi, istər hərbi, istərsə də siyasi müstəvidə aparılan mübarizələrdən əvvəl müxtəlif institutlar həmin məsələni araşdırır və onun icra müxanizmiləri ciddi şəkildə təhlil edildikdən sonra əməli işə keçilir.
ABŞ-nin gücü məhz bundadır və dünyanın müxtəlif regionlarındakı münaqişələr vahid mərkəzdən idarə olunur.
ABŞ öz strateji maraqlarını təmin etmək üçün milyardlarla dollar vəsait xərcləyir.
İndi ABŞ Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCPR-dən də rəqiblərinə qarşı istifadə olunur.
Bu fakt Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə araşdırmasından sonra öz təsdiqini tapıb.Təşkilatın əsas məqsədi ABŞ kəşfiyyatının ötürdüyü məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdimatıdır.
Əslində bu, ABŞ-nin xarici siyasətini müəyyən edən əsas kursdur və “araşdırmaçı jurnalist”lər bu işdə mühüm “rol” oynayır.