Icma.az
close
up
RU
ABŞ kəşfiyyatının Xədicə İsmayıl əməliyyatı TƏFƏRRÜATLAR

ABŞ kəşfiyyatının Xədicə İsmayıl əməliyyatı TƏFƏRRÜATLAR

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar ABŞ öz rəqiblərinə müxtəlif cinahlardan zərbələr endirməklə məşğuldur.  İstər iqtisadi, istər hərbi, istərsə də siyasi müstəvidə aparılan mübarizələrdən əvvəl müxtəlif institutlar həmin məsələni araşdırır və onun icra müxanizmiləri ciddi şəkildə təhlil edildikdən sonra əməli işə keçilir. ABŞ-nin gücü məhz bundadır və dünyanın müxtəlif regionlarındakı münaqişələr vahid mərkəzdən idarə olunur. ABŞ öz strateji maraqlarını təmin etmək üçün milyardlarla dollar vəsait xərcləyir.  İndi  ABŞ Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCPR-dən də rəqiblərinə qarşı istifadə olunur. Bu fakt Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə araşdırmasından sonra öz təsdiqini tapıb.
Təşkilatın əsas məqsədi ABŞ kəşfiyyatının ötürdüyü məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdimatıdır. Əslində bu, ABŞ-nin xarici siyasətini müəyyən edən əsas kursdur və “araşdırmaçı jurnalist”lər bu işdə mühüm “rol” oynayır. ABŞ-nin Cənubi Qafqaz siyasətində də bu layihədən geniş istifadə olunur. Erməni maraqlarını müdafiəsi, ermənipərəst konqresmen Samanta Pauerin OCCPR-i  “tərəfdaş qurum” hesab etməsi, hazırda təşkilatın əməliyyatlarını daha bir ermənipərəst konqresmenin-Şennon Maquayrinin  kurasiya etməsi buna sübutdur.
Araşdırmalar göstərir ki, OCCRP-in büdcəsi  Avropa İttifaqı, xüsusilə ABŞ-dan aldığı vəsait hesabına formalaşıb.  Azərbaycanla bağlı “araşdırmalar” aparan OCCRP əsasən əlinin altında saxladığı “vasitələrdən” geniş istifadə edir. Onlar xarici ölkələrdə sığınacaq alan azərbaycanlılardan yararlanmaqla öz maraqlarını təmin edir. Bu maraqlar nədir və bunların arxasında nə dayanır? ABŞ-nin Azərbaycana qarşı münasibəti birmənalı deyil və zaman- zaman biz bunun şahidi olmuşuq. Ermənistanın maraqlarını daim üstün tutan ABŞ daim Azərbaycana qarşı ittihamlarla çıxış edib. Hələ 1992-ci ildə Ermənistan Azərbaycan ərazilərini işğal edəndə ABŞ Konqresi Azərbaycana qarşı sanksiya tətbiq etməklə yeni mərhələnin əsasını qoydu.
Arxada qalan 32 il ərzində Vaşinqtonun ölkəmizə qarşı davranışı 907-ci düzəliş qədər idi. Azərbaycana maliyyə yardımını dayandıran ABŞ Ermənistanı dəstəkləməklə kifayətlənmir, Azərbaycan ərazisindəki separatçılara da maliyyə yardımı göstərirdi. Daha sonra Azərbaycanın daxili işlərinə müdaxilə edən Vaşinqton ölkəmizi müxtəlif məslələrə görə ittiham edir və erməni kartı ortaya atılırdı. İndi ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olan bəzi konqresmenlər Azərbaycanla bağlı yalan məlumatlar yayır və qərəzli bəyanatlar verirlər. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi-OCCRP Azərbaycanla bağlı qərəzli bəyanatlar hazırlayır. OCCRP-yə “yardım” edən Xədicə İsmayılı isə hər birimiz yaxşı tanıyırıq.
Bütün dövrlərdə düşmən dəyirmanına su tökən bu adam yenə öz ampulasındadır. Xədicə İsmayıl təkcə sifariş yerinə yetirmir, hətta müəyyən materiallarda yalnız imzasının istifadəsinə razılıq verməklə öz mahiyyətini bir daha ortaya qoyur. Təbii ki, bunların heç biri havayı deyil və X. İsmayıla külli miqdarda ödəniş olunur. Deməli, Vətəni 5-10 dollara satanları da OCCRP-də dərhal tapırlar. Aparıcı informasiya vasitələrini öz oyununa cəlb edən  OCCRP ABŞ Dövlət Departamentindən aldığı sifarişlə Bakıda keçirilən COP29-u da hədəfə almışdı. Azərbaycanı gözdən salmaq, ölkəmizin imicinə zərbə vurmağa çalışan qüvvələr  əsasən “Vaşinqton Post”, “Qardian” və  CNN kimi media şirkətlərinin fəaliyyətindən yararlanırdılar. Amma onların fəaliyyəti nəticəsiz qaldı və COP29 öz işini uğurla başa çatdırdı. İndi ölkəmizə qarşı yeni kompramatlar hazırlayan OCCRP-in növbəti “zəhməti” də hədər gedəcək. Onlar yalnız iri layihələrdən pul qoparmanın yollarını Azərbaycana böhtan atmaqda axtarırlar. Keçmiş olsun. (Bizim.media)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri