Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Avropa ABŞ-ın Ukraynanın bərpasını biznes layihəsinə çevirməsindən narahatdır..." ABŞ Ukraynanın müharibədən sonrakı bərpasını humanitar layihə deyil, iri biznes təşəbbüsü kimi formalaşdırmaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.
Bərpa planının mərkəzində "BlackRock" dayanır Donald Tramp administrasiyasının təşviq etdiyi və Vladimir Zelenskinin "rifah planı" adlandırdığı bu layihənin dəyəri 800 milyard dollar qiymətləndirilir.
Planın hazırlanmasında əsas rol dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan "BlackRock"-a həvalə olunub.
Dekabrın ortalarında, Rusiya ilə hərbi əməliyyatların dayandırılması üzrə danışıqlar intensivləşdiyi vaxt, Ukraynanın bir qrup yüksək vəzifəli rəsmisi Nyu-Yorkda "BlackRock" rəhbərliyi ilə qapalı görüş keçirib.
Görüşdə bərpa planının maliyyə mənbələri və investisiya prioritetləri müzakirə olunub.
Daha ətraflı detalların Davosda keçirilən Dünya İqtisadi Forumunda açıqlanacağı gözlənilir.