“ABŞ Kiyevə “Marşall planı“ təklif edir: əsas rolu iri investor oynayacaq“ “The New York Times“
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Avropa ABŞ-ın Ukraynanın bərpasını biznes layihəsinə çevirməsindən narahatdır..."
ABŞ Ukraynanın müharibədən sonrakı bərpasını humanitar layihə deyil, iri biznes təşəbbüsü kimi formalaşdırmaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.
Bərpa planının mərkəzində "BlackRock" dayanır
Donald Tramp administrasiyasının təşviq etdiyi və Vladimir Zelenskinin "rifah planı" adlandırdığı bu layihənin dəyəri 800 milyard dollar qiymətləndirilir. Planın hazırlanmasında əsas rol dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan "BlackRock"-a həvalə olunub.
Dekabrın ortalarında, Rusiya ilə hərbi əməliyyatların dayandırılması üzrə danışıqlar intensivləşdiyi vaxt, Ukraynanın bir qrup yüksək vəzifəli rəsmisi Nyu-Yorkda "BlackRock" rəhbərliyi ilə qapalı görüş keçirib. Görüşdə bərpa planının maliyyə mənbələri və investisiya prioritetləri müzakirə olunub. Daha ətraflı detalların Davosda keçirilən Dünya İqtisadi Forumunda açıqlanacağı gözlənilir.
Avropanın narahatlığı və maraqlar toqquşması
"BlackRock"-un prosesə cəlb olunması Brüsseldə ciddi narahatlıq doğurub. Avropa və Ukraynalı rəsmilər ehtiyat edir ki, bərpa üçün əsas maliyyə yükünü Avropa çəksə də, Ukraynanın təbii sərvətlərinə və gəlirli sektorlarına çıxış əsasən Amerika biznesinə veriləcək. Bundan başqa, "BlackRock -un əvvəlki illərdə Ukrayna üçün milyardlarla dollar toplamaq cəhdlərinin uğursuz olması da şübhələri artırır.
Nəşrin əldə etdiyi məxfi təqdimatlara görə, 2023-cü ildə "BlackRock" 50-80 milyard dollar cəlb etməyi planlaşdırsa da, sonradan bu rəqəm 15-30 milyard dollara endirilib və layihə 2025-ci ildə dayandırılıb. Avropalılar xüsusilə dövlət vəsaitlərinin ABŞ-a məxsus özəl fondun nəzarətinə keçməsindən çəkinir. Onların fikrincə, bu, şəffaflıq və maraqların toqquşması riskini artırır.
"Marşall planı"ndan fərqli yanaşma və biznes prioriteti
Tramp administrasiyası Ukraynanın bərpasını açıq şəkildə investisiya imkanları kimi təqdim edir. ABŞ prezidenti daha əvvəl Vaşinqtonun Ukraynanın mineral sərvətlərində pay əldə etməsini təklif edib və danışıqlarda əsas fiqurlar arasında iri biznes nümayəndələri yer alıb. Tramp Ukraynanın gələcəyi barədə "orada çoxlu sərvət var" deyə bildirib.
Kiyev rəsmi olaraq bu təşəbbüsü İkinci Dünya müharibəsindən sonra Avropanın bərpası üçün həyata keçirilən "Marşall planı" ilə müqayisə edir. Lakin o vaxtkı plan dövlət nəzarəti altında və təxminən 150 milyard dollar həcmində olub. Yeni "rifah planı" isə özəl şirkətin əsas rol oynadığı, xeyli daha böyük və riskli layihə kimi görünür.
Bir çox ukraynalı iqtisadçı və biznes nümayəndəsi 800 milyard dolların real mənbələrinin olmadığını düşünür və bu rəqəmi daha çox Tramp administrasiyasına ünvanlanmış siyasi mesaj kimi qiymətləndirir. Onların fikrincə, ABŞ üçün əsas məqsəd Ukraynanın bərpasını uzunmüddətli təhlükəsizlik məsələsi deyil, gəlirli biznes fürsətinə çevirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 20 Yanvar 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















