ABŞ li konqresmen: Tramp Rusiyanı həyat yoldaşına görə təhdid etməyə başlayıb | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. ABŞ-li respublikaçı konqresmen Don Bekon Prezident Donald Trampın Ukrayna ilə bağlı ritorikası
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Hill" qəzeti məlumat verib. "Nə deyim, mən şadam ki, prezident Ukrayna ilə bağlı mövqeyini dəyişdi.
Düşünürəm ki, biz Melaniyaya təşəkkür etməliyik", - deyə Bekon "NewsNation" telekanalının "The Hill Sunday" proqramına müsahibəsində deyib.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın "The Times" nəşri Melaniya Trampın ərinin Kiyevə silah tədarükünü bərpa etmək qərarına təsir etdiyini yazmışdı.
Eyni zamanda, keçən həftə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandıran Trampın özü bildirmişdi ki, həyat yoldaşı Ukrayna münaqişəsində neytral mövqe tutur.
Ağ Ev rəhbəri əlavə edib ki, onun mövqeyi Melaniyanın fikri ilə üst-üstə düşür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu