ABŞ li konqresmen: Tramp Rusiyanı həyat yoldaşına görə təhdid etməyə başlayıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-li respublikaçı konqresmen Don Bekon Prezident Donald Trampın Ukrayna ilə bağlı ritorikasının dəyişməsinə onun həyat yoldaşı Melaniyanın təsiri olduğunu ehtimal edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Hill" qəzeti məlumat verib.
"Nə deyim, mən şadam ki, prezident Ukrayna ilə bağlı mövqeyini dəyişdi. Düşünürəm ki, biz Melaniyaya təşəkkür etməliyik", - deyə Bekon "NewsNation" telekanalının "The Hill Sunday" proqramına müsahibəsində deyib.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın "The Times" nəşri Melaniya Trampın ərinin Kiyevə silah tədarükünü bərpa etmək qərarına təsir etdiyini yazmışdı. Eyni zamanda, keçən həftə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandıran Trampın özü bildirmişdi ki, həyat yoldaşı Ukrayna münaqişəsində neytral mövqe tutur.
Ağ Ev rəhbəri əlavə edib ki, onun mövqeyi Melaniyanın fikri ilə üst-üstə düşür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 22 İyul 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















