ABŞ məhkəməsində ilk: Süni intellektli vəkil niyə rədd edildi? | Icma.az
Icma.az, Olke.az portalına istinadən məlumat yayır. Texnologiya və hüquq dünyasını təəccübləndirən hadisə ABŞ-da baş verib.
Süni intellekt tərtibatçısı Cerom Devold keçmiş iş verəni olan sığorta şirkətinə qarşı qaldırdığı məhkəmə işində müdafiəsini özünün yaratdığı süni intellekt əsaslı avatar vasitəsilə aparmaq istəyib.
Lakin bu yenilikçi təşəbbüs məhkəmə zalında yalnız bir neçə dəqiqə davam edə bilib.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Devold məhkəmədə şəxsən ifadə vermək əvəzinə, süni intellektlə hazırladığı chatbot-un onun yerinə danışmasını təklif edib.
Bu sistem onun arqumentlərini səsləndirməli, yönələn suallara cavab verməli və qısacası, rəqəmsal "vəkil" funksiyasını yerinə yetirməli idi.
Lakin bu qeyri-adi müdafiə strategiyası, məhkəmə hakimi tərəfindən dərhal dayandırılıb.
Hakim, bu texnoloji yanaşmadan əvvəlcədən xəbərdar edilmədiyini və bunun məhkəmə prosedurlarına uyğun olmadığını əsas gətirərək, "süni intellekt vəkil"ə icazə verməyib.
Devold isə öz növbəsində bu üsula əl atmasının səbəbi kimi sağlamlıq problemlərini göstərib - guya iclas zamanı effektiv danışa bilməyəcəyini bildirib.
Tam oxu
Xəbəri oxu