Icma.az
close
up
RU
ABŞ məhkəməsində ilk: Süni intellektli vəkil niyə rədd edildi?

ABŞ məhkəməsində ilk: Süni intellektli vəkil niyə rədd edildi?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Texnologiya və hüquq dünyasını təəccübləndirən hadisə ABŞ-da baş verib. Süni intellekt tərtibatçısı Cerom Devold keçmiş iş verəni olan sığorta şirkətinə qarşı qaldırdığı məhkəmə işində müdafiəsini özünün yaratdığı süni intellekt əsaslı avatar vasitəsilə aparmaq istəyib. Lakin bu yenilikçi təşəbbüs məhkəmə zalında yalnız bir neçə dəqiqə davam edə bilib.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Devold məhkəmədə şəxsən ifadə vermək əvəzinə, süni intellektlə hazırladığı chatbot-un onun yerinə danışmasını təklif edib. Bu sistem onun arqumentlərini səsləndirməli, yönələn suallara cavab verməli və qısacası, rəqəmsal "vəkil" funksiyasını yerinə yetirməli idi.

Lakin bu qeyri-adi müdafiə strategiyası, məhkəmə hakimi tərəfindən dərhal dayandırılıb. Hakim, bu texnoloji yanaşmadan əvvəlcədən xəbərdar edilmədiyini və bunun məhkəmə prosedurlarına uyğun olmadığını əsas gətirərək, "süni intellekt vəkil"ə icazə verməyib. Devold isə öz növbəsində bu üsula əl atmasının səbəbi kimi sağlamlıq problemlərini göstərib - guya iclas zamanı effektiv danışa bilməyəcəyini bildirib. Lakin hakim bu əsaslandırmanı inandırıcı hesab etməyib, çünki Devold həmin gün məhkəmə katibləri və digər əməkdaşlarla normal şəkildə ünsiyyət qurmuşdu.

Məhkəmə həmçinin Devoldun əsas məqsədinin hüquqi müdafiə deyil, hazırladığı texnologiyanı reklam etmək olduğunu düşünüb. Hakimlər məhkəmə zalının bu cür təqdimatlar üçün platformaya çevrilməsinə yol verilməyəcəyini və məhkəmə proseslərinin ciddiyyətinin qorunacağını vurğulayıblar.

Süni intellekt və hüquq: Gələcəyin vəkilləri?

Herçənd Devoldun təşəbbüsü uğursuzluqla nəticələnsə də, bu hadisə hüquq sahəsində süni intellektin rolu ilə bağlı mühüm müzakirələrə səbəb olub. Teorik olaraq, gələcəkdə yaradılacaq süni intellekt əsaslı hüquq köməkçiləri və ya "vəkillər”, insan həmkarları ilə müqayisədə çox daha sürətli və dəqiq şəkildə böyük həcmli hüquqi məlumatları təhlil edə, qanunvericiliyi və presedentləri saniyələr içində skan edib ən uyğun müdafiə strategiyalarını təklif edə bilərlər.

Bununla belə, mövcud hüquq sistemləri, etik normalar və ictimai strukturlar hələ ki, süni intellektin vəkil, prokuror və ya hakim kimi fəaliyyət göstərməsinə tam hazır deyil. Amma bu texnologiyanın potensialı danılmazdır və qarşıdakı illərdə hüquqda süni intellektin rolu ilə bağlı müzakirələrin daha da artacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Aprel 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri