Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qrenlandiya problemi ABŞ-la Avropa ölkələri arasındakı münasibətlərə zərər vurur.
Donald Trampın dünyanın ən böyük adasını ələ keçirməkdə israrlı olması Avropa ölkələrini çətin vəziyyətdə qoyub.
Çünki ada Danimarkaya məxsusdur və bu dövlət həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür.
Belə bir halda, bir NATO üzvünün digər üzvə qarşı ərazi iddiası ilə çıxış etməsi alyans daxilində ziddiyyətlər yaradır.
Amma Tramp iddia edir ki, ABŞ-sız NATO-nun heç bir gələcəyi yoxdur.
Alyansın təxminən 30 strukturunda ixtisarlar gözlənilir Bütün bunların fonunda, Pentaqon ABŞ-ın bir sıra NATO məsləhət qruplarındakı iştirakını azaltmağı planlaşdırır.
Bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.