Icma.az
close
up
RU
ABŞ NATO da təmsilçiliyini azaldır?

ABŞ NATO da təmsilçiliyini azaldır?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qrenlandiya problemi ABŞ-la Avropa ölkələri arasındakı münasibətlərə zərər vurur. Donald Trampın dünyanın ən böyük adasını ələ keçirməkdə israrlı olması Avropa ölkələrini çətin vəziyyətdə qoyub. Çünki ada Danimarkaya məxsusdur və bu dövlət həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür. Belə bir halda, bir NATO üzvünün digər üzvə qarşı ərazi iddiası ilə çıxış etməsi alyans daxilində ziddiyyətlər yaradır. Amma Tramp iddia edir ki, ABŞ-sız NATO-nun heç bir gələcəyi yoxdur.

Alyansın təxminən 30 strukturunda ixtisarlar gözlənilir

Bütün bunların fonunda, Pentaqon ABŞ-ın bir sıra NATO məsləhət qruplarındakı iştirakını azaltmağı planlaşdırır. Bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, nəzərdə tutulan addım təxminən 200 ABŞ hərbi qulluqçusuna təsir edəcək və ABŞ-ın NATO-nun təxminən 30 strukturu, o cümlədən müxtəlif döyüş sahələrində alyans qüvvələrinə təlim keçən “Mükəmməllik mərkəzləri”ndə iştirakının azaldılmasını nəzərdə tutur.

Qeyd olunur ki, ABŞ bütün personalı eyni vaxtda geri çəkmək niyyətində deyil. Bunun əvəzinə, xidmət müddəti başa çatan hərbçilərin əvəz olunmaması planlaşdırılır. Nəşr bildirir ki, ABŞ-ın sözügedən mərkəzlərin fəaliyyətində iştirakı tamamilə dayandırılmayacaq. İki ABŞ rəsmisinin sözlərinə görə, bu dəyişikliklər bir neçə aydır müzakirə olunur.

Donald Tramp  bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında deyib ki, NATO Qrenlandiya məsələsində bizimlə danışıqlar aparır. Onun sözlərinə görə, milli təhlükəsizlik üçün ABŞ-ın Qrenlandiyaya çox ehtiyacı var. “Əgər ora bizdə olmasa, xüsusilə də Qızıl Qübbə və digər məsələlərdə milli təhlükəsizlikdə böyük bir boşluq yaranacaq. Hərbi sahəyə çoxlu investisiyalarımız var. Dünyada hərbi sahə getdikcə güclənir. Biz bu məsələdə NATO ilə danışırıq”, - deyən Tramp əlavə edib ki, Qrenlandiya məsələsi ilə bağlı görəcəyimiz işdən həm NATO, həm də biz məmnun olacağıq. O bildirib ki, Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün çox vacibdir. Ağ Ev rəhbəri Qrenlandiya xalqının ABŞ-ın Arktika ərazisini əldə etməsini dəstəkləyəcəyini hesab edir: “Mən onlarla danışmamışam. Onlarla danışanda əminəm ki, çox sevinəcəklər”.

Konnektikut ştatından olan demokrat senator Kris Mörfi isə  “NBC News” telekanalının efirində deyib ki, rəsmi Vaşinqton tərəfindən Qrenlandiyanın ilhaqı Şimali Atlantika Alyansının  sonu olacaq. Onun sözlərinə görə, Qrenlandiyanın ilhaqı NATO-nun sonunu gətirəcək: “Şimali Atlantika Alyansının Qrenlandiyanı müdafiə etmək öhdəliyi var və bu halda ABŞ Avropa, Böyük Britaniya və Fransa ilə müharibə vəziyyətinə düşəcək”.

Qərar Avropa ölkələrinə təzyiq məqsədi daşıya bilər

Ümumiyyətlə, Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-ın NATO-nu tərk edəcəyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Bunu əsas səbəbi isə alyansın “yükünün” daha çox ABŞ-ın üzərində olması ilə bağlıdır. Bir çox siyasətçilər bunu yalnız hədə tonu kimi qəbul etsə də, “SOS” siqnalı səsləndirənlər də tapılırdı. Prezident Donald Tramp dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəsinin  NATO-dan çıxması ilə bağlı mövqeyini səsləndirmişdi. Hətta ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında belə bu amil nəzərə çarpır - qeyd edək ki, ötən il dekabrın 4-də Tramp administrasiyası Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Bu strategiya formal olaraq, ölkənin xarici və müdafiə siyasətinin fundamental prinsiplərini və prioritetlərini təsbit edən sənəddir...

Vaşinqtonun tənqidlərindən sonra NATO-nun Avropa müttəfiqləri alyans üçün xərclərini müəyyən qədər artırsalar da, bu, ABŞ-ı qane etmir. Vaşinqton ardıcıl şəkildə bildirir ki, Avropa ölkələrinin əksəriyyəti müdafiə sahəsinə kifayət qədər vəsait ayırmır. ABŞ ümumi NATO müdafiə xərclərinin təxminən 70 faizini qarşılayır və bu göstərici “ədalətsiz yük bölgüsü” kimi qiymətləndirilir. Bir çox siyasətçilər, xüsusilə Qərbi Avropadan olan politoloqlar Vaşinqtonun mövqeyini daha çox siyasi təzyiq aləti kimi dəyərləndirirlər. Onların fikrincə, bu bəyanatlar əsasən Avropa üzvlərini müdafiə xərclərini artırmağa vadar etmək məqsədi daşıyır.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri