ABŞ “nəhənglər”ə “gömrük” təzyiqi göstərəcəkmi?

26.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ administrasiyası Çin, Avropa İttifaqı və digər 14 iqtisadiyyata qarşı yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır. Vaşinqton bu addımı həmin ölkələrdə dövlət subsidiyaları hesabına sənaye istehsalının həddindən artıq genişlənməsi və bunun beynəlxalq bazarlarda rəqabətə təsiri ilə əsaslandırır. 

“Associated Press” agentliyinin məlu­matına görə, ABŞ Ticarət Nümayəndəliyi­nin Ofisi (USTR) 16 iqtisadiyyatda sənaye subsidiyaları ilə bağlı bir neçə aydır davam edən araşdırmanın nəticələrini yaxın gün­lərdə açıqlaya bilər. Bununla belə, yeni rüsumların tətbiqinin dəqiq vaxtı və dərə­cələri hələ müəyyənləşməyib. 

Araşdırmaya daxil edilən iqtisadiyyat­lar arasında Çin, Hindistan, Yaponiya, Cə­nubi Koreya, Meksika, Vyetnam, Tayvan, Tailand, Malayziya, İndoneziya, İsveçrə, Norveç, Sinqapur, Banqladeş, Kamboca və Avropa İttifaqı yer alır. 

ABŞ tərəfinin iddiasına görə, sözüge­dən ölkələrdə dövlət dəstəyi ilə istehsal imkanlarının genişləndirilməsi məhsulla­rın daha aşağı qiymətlərlə dünya bazarla­rına çıxarılmasına şərait yaradır. Nəticədə, Amerika şirkətləri xarici istehsalçılarla rəqabətdə çətinliklərlə üzləşir. Vaşinqton xüsusilə polad, alüminium, elektrik avto­mobilləri, məişət texnikası və günəş ener­jisi avadanlıqları bazarında yaranan vəziy­yətə diqqət çəkir. 

Qeyd edək ki, nəzərdə tutulan yeni rüsumlar ABŞ-ın bu ilin iyul ayında 60 ti­carət tərəfdaşına tətbiq etdiyi 10–12,5 faiz­lik gömrük yığımlarına əlavə oluna bilər. Beləliklə, Vaşinqtonun yeni təşəbbüsü əv­vəlki genişmiqyaslı gömrük məhdudiyyət­lərinin hüquqi əsaslarının dəyişməsindən sonra ticarət siyasətini yenidən sərtləşdir­mək cəhdi kimi qiymətləndirilir. 

Bu təşəbbüsün qlobal ticarət əlaqələ­rinə təsir göstərəcəyi gözlənilir. ABŞ-ın əsas ticarət tərəfdaşlarına qarşı əlavə göm­rük məhdudiyyətləri tətbiq etməsi bey­nəlxalq təchizat zəncirlərində xərclərin artmasına, məhsulların qiymət dəyişiklik­lərinə və ticarət axınlarının yenidən forma­laşmasına səbəb ola bilər. 

Hazırda yeni rüsumların konkret dərə­cələri və tətbiq müddəti ilə bağlı rəsmi qə­rar açıqlanmayıb. 

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью