ABŞ “nəhənglər”ə “gömrük” təzyiqi göstərəcəkmi?
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ administrasiyası Çin, Avropa İttifaqı və digər 14 iqtisadiyyata qarşı yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır. Vaşinqton bu addımı həmin ölkələrdə dövlət subsidiyaları hesabına sənaye istehsalının həddindən artıq genişlənməsi və bunun beynəlxalq bazarlarda rəqabətə təsiri ilə əsaslandırır.
“Associated Press” agentliyinin məlumatına görə, ABŞ Ticarət Nümayəndəliyinin Ofisi (USTR) 16 iqtisadiyyatda sənaye subsidiyaları ilə bağlı bir neçə aydır davam edən araşdırmanın nəticələrini yaxın günlərdə açıqlaya bilər. Bununla belə, yeni rüsumların tətbiqinin dəqiq vaxtı və dərəcələri hələ müəyyənləşməyib.
Araşdırmaya daxil edilən iqtisadiyyatlar arasında Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Meksika, Vyetnam, Tayvan, Tailand, Malayziya, İndoneziya, İsveçrə, Norveç, Sinqapur, Banqladeş, Kamboca və Avropa İttifaqı yer alır.
ABŞ tərəfinin iddiasına görə, sözügedən ölkələrdə dövlət dəstəyi ilə istehsal imkanlarının genişləndirilməsi məhsulların daha aşağı qiymətlərlə dünya bazarlarına çıxarılmasına şərait yaradır. Nəticədə, Amerika şirkətləri xarici istehsalçılarla rəqabətdə çətinliklərlə üzləşir. Vaşinqton xüsusilə polad, alüminium, elektrik avtomobilləri, məişət texnikası və günəş enerjisi avadanlıqları bazarında yaranan vəziyyətə diqqət çəkir.
Qeyd edək ki, nəzərdə tutulan yeni rüsumlar ABŞ-ın bu ilin iyul ayında 60 ticarət tərəfdaşına tətbiq etdiyi 10–12,5 faizlik gömrük yığımlarına əlavə oluna bilər. Beləliklə, Vaşinqtonun yeni təşəbbüsü əvvəlki genişmiqyaslı gömrük məhdudiyyətlərinin hüquqi əsaslarının dəyişməsindən sonra ticarət siyasətini yenidən sərtləşdirmək cəhdi kimi qiymətləndirilir.
Bu təşəbbüsün qlobal ticarət əlaqələrinə təsir göstərəcəyi gözlənilir. ABŞ-ın əsas ticarət tərəfdaşlarına qarşı əlavə gömrük məhdudiyyətləri tətbiq etməsi beynəlxalq təchizat zəncirlərində xərclərin artmasına, məhsulların qiymət dəyişikliklərinə və ticarət axınlarının yenidən formalaşmasına səbəb ola bilər.
Hazırda yeni rüsumların konkret dərəcələri və tətbiq müddəti ilə bağlı rəsmi qərar açıqlanmayıb.
XQ
Baxış sayı:77
Bu xəbər 26 Noyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















