ABŞ nin Avropadan çəkilməsi NATO nun dağılmasına stimul ola bilər MÖVQE | Icma.az
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ hazırda Avropada olan qoşunlarının sayını azaltmaq niyyətində deyil. Bunu Pentaqonun rəhbəri Pit Heqset bildirib.
O qeyd edib ki, ABŞ Ukraynadakı münaqişə həll edildikdən sonra Avropadakı Amerika hərbçilərinin sayına yenidən baxa bilər.
ABŞ-nin Avropadan çəkilməsi NATO üçün riskdirmi? Rusiya və Çin bu boşluğu doldurmağa çalışacaqmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Pentaqon rəhbərinin açıqlaması məntiqlidir: “Rusiya-Ukrayna müharibəsi bitmədən ABŞ-nin Avropadan qoşunlarını çıxarması Rusiyanın maraqlarına xidmət edərdi.
Eyni zamanda, masada Rusiyanın mövqeyini gücləndirər, ABŞ və Avropa Birliyini zəiflədərdi.
Danışıqların istiqaməti, mahiyyəti və nəticəsilə bağlı konkret nəsə demək hələ mümkün deyil.
Rusiya hələ də güc nümayiş etdirir, daha çox ərazini işğal etməklə masada mövqelərini gücləndirmək istəyir.
Tam oxu
Xəbəri oxu