Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

ABŞ nin Avropadan çəkilməsi NATO nun dağılmasına stimul ola bilər MÖVQE

ABŞ nin Avropadan çəkilməsi NATO nun dağılmasına stimul ola bilər MÖVQE

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ hazırda Avropada olan qoşunlarının sayını azaltmaq niyyətində deyil. Bunu Pentaqonun rəhbəri Pit Heqset bildirib. O qeyd edib ki, ABŞ Ukraynadakı münaqişə həll edildikdən sonra Avropadakı Amerika hərbçilərinin sayına yenidən baxa bilər. 

ABŞ-nin Avropadan çəkilməsi NATO üçün riskdirmi? Rusiya və Çin bu boşluğu doldurmağa çalışacaqmı? 


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Pentaqon rəhbərinin açıqlaması məntiqlidir:

“Rusiya-Ukrayna müharibəsi bitmədən ABŞ-nin Avropadan qoşunlarını çıxarması Rusiyanın maraqlarına xidmət edərdi. Eyni zamanda, masada Rusiyanın mövqeyini gücləndirər, ABŞ və Avropa Birliyini zəiflədərdi. Danışıqların istiqaməti, mahiyyəti və nəticəsilə bağlı konkret nəsə demək hələ mümkün deyil. Rusiya hələ də güc nümayiş etdirir, daha çox ərazini işğal etməklə masada mövqelərini gücləndirmək istəyir. Həmçinin bu məsələ sadəcə Ukrayna-Rusiya müharibəsini ehtiva etmir. ABŞ və Rusiya prezidentləri görüşdüyü təqdirdə global güclərin nüfuz dairələri kimi digər məsələlər də müzakirə predmeti olacaq. Rusiya əgər bu danışıqlarda özünü qalib kimi aparsa, bu, yeni iddialar ortaya qoya bilər. O baxımdan, ABŞ bu məsələdə həssas davranmalıdır. Özünün NATO üzrə müttəfiqlərinin təhlükəsizlik maraqlarını mütləq mənada nəzərə almalıdır. Ona görə də müharibə bitmədən ABŞ qoşunlarının Avropadan çıxması məntiqli olmazdı”.

Onun sözlərinə görə, ABŞ-nin Avropadan çəkilməsi NATO-nun dağılması üçün çox ciddi stimul ola bilər: “Əgər ABŞ üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və Avropa Birliyinin təhlükəsizliyində bilavasitə iştirak etmirsə, onda Aİ özünü müdafiə etmək üçün yeni birgə müdafiə büdcəsi və təhlükəsizlik sistemi yaratmalıdır. Bu da NATO-nu zəiflədəcək. Bu davranış Rusiya və Çinin maraqlarına xidmət edir. Məhz bu konteksdə Pentaqon rəhbərliyi də açıqlama verir ki, müharibə bitmədən ABŞ qoşunlarının Avropadan çıxması mümkün deyil. Üstəlik, bu məsələnin özü də ABŞ-nin NATO və Aİ üzrə müttəfiqi olduğu ölkələr arasında da bazarlıq predmeti olacaq. Çünki Trampın NATO üzvlərindən büdcəyə daha çox vəsait ayırmaları ilə bağlı tələbi var. Onun fikrincə, hər bir ölkə ÜDM-in ən azı 5 faizini NATO büdcəsinə ödəməlidir.  Ona görə də hələlik bu məsələlər açıqdır. Ukrayna-Rusiya məsələsi həll olmadan paralel olaraq bu məsələ müzakirə predmeti olub, konkret nəticəyə varmadan ABŞ qoşunları Aİ-ni tərk etməyəcək”.

N.Miri vurğulayıb ki, bu boşluğu Rusiya və Çin doldura bilməz:

“Bu gün Aİ-də ABŞ-dən müstəqil şəkildə özünün müdafiə-təhlükəsizlik sisteminin qurulması ilə bağlı fikirlər səsləndirilir. Əgər əvvəllər bu, Fransa prezidentinin timsalında deyilirdisə, artıq Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və  Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sayəsində bu məsələlər ciddi gündəmə gətirilib. Söhbət gələcəkdə müstəqil təhlükəsizlikdən gedəcəksə, bu, təhlükəsizlik sistemi Rusiya və Çinlə heç cür bağlı ola bilməz. Bu, sadəcə Aİ-də birgə ordunun yaradılması və müdafiə sənaye kompleksinin ciddi şəkildə inkişaf etdirilməsi ilə əlaqəli olacaq. Ancaq hələlik NATO var, güclüdür və perspektiv onun parçalanmasını vəd etmir. Hələ də Rusiya və Çini özü üçün ciddi rəqib sayır və ABŞ-də kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu mütləq gerçəklik nəzərə alınmalıdır”.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Fevral 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri