ABŞ nin Cənubi Qafqazda nəyə ehtiyacı var? Politoloq açıqladı | Icma.az
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq. “Bakı üçün rabitə kanallarını formalaşdırmaq vacibdir”“ABŞ-nin hər bir administrasiy
Burada vacib olan, ABŞ hökumətinin müəyyən bir ölkə və ya regionla bağlı öz milli maraqlarını necə formalaşdırmasıdır.
Hazırda Trump administrasiyasında bu milli maraqların formalaşdırması prosesi davam edir.
Həmin maraqlar, xüsusilə ABŞ-nin yerləşdiyi yarımkürəyə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Yaxın Şərq mövzusuna şamil olunur”.“AzPolitika” bildirir ki, bunu politoloq Fərhad Məmmədov “Teleqram”-da yazıb.
O, qeyd edib ki, “istək” və “ehtiyac” anlayışları oxşar olsalar da, geosiyasi kontekstdə onların arasında böyük fərq var:- “Ehtiyac” dövlətin, onun şirkətlərinin və müttəfiqlərinin obyektiv maraqlarıdır;- “İstək” isə subyektiv amillərdən irəli gələn maraqların bütün vasitələrlə (manipulyasiyalardan, sanksiyalardan tutmuş investisiyalara və yardıma qədər) təbliğ edilməsidir.
ABŞ ənənələrində həm praqmatizm (“ehtiyac”), həm də ideoloji xarici siyasət (“istək”) mövcud olub.
Məsələn, Bayden-Blinken administrasiyası ümumilikdə regionumuzla, o cümlədən də Ermənistan-Azərbaycan danışıqları ilə bağlı ABŞ-nin “ehtiyacları” ilə deyil, daha çox “istəkləri” əsasında hərəkət edib.Şübhəsiz ki, ABŞ üçün Cənubi Qafqaz periferiyadır, lakin hansı periferiya – postsovet məkanı, Böyük Yaxın Şərq, Mərkəzi Asiyaya giriş?!
Prinsipcə, hazırda Cənubi Qafqaz bütün bu məsələlərdə (Rusiyanın Ukraynaya qarşı təcavüzü, İran, Mərkəzi Asiyaya logistika) yan mövzudur”.F.Məmmədov hesab edir ki, Tramp dövründə xarici siyasətə ayrılan resurslar optimallaşdırılır: “Yumşaq güc vasitələri transformasiya olunur (USAID-in bağlanması, media strukturlarının maliyyələşdirilməsinin müvəqqəti dayandırılması), ABŞ silahlı qüvvələrinin, məsələn, Suriyadan çıxarılması planlaşdırılır.
Tam oxu
Xəbəri oxu