Icma.az
close
up
RU
ABŞ nin Cənubi Qafqazda nəyə ehtiyacı var? Politoloq açıqladı

ABŞ nin Cənubi Qafqazda nəyə ehtiyacı var? Politoloq açıqladı

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Bakı üçün rabitə kanallarını formalaşdırmaq vacibdir”

“ABŞ-nin hər bir administrasiyası xarici siyasətdə yalnız milli maraqlara əsaslandığını bildirir. Burada vacib olan, ABŞ hökumətinin müəyyən bir ölkə və ya regionla bağlı öz milli maraqlarını necə formalaşdırmasıdır. Hazırda Trump administrasiyasında bu milli maraqların formalaşdırması prosesi davam edir. Həmin maraqlar, xüsusilə ABŞ-nin yerləşdiyi yarımkürəyə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Yaxın Şərq mövzusuna şamil olunur”.

“AzPolitika” bildirir ki, bunu politoloq Fərhad Məmmədov “Teleqram”-da yazıb. O, qeyd edib ki, “istək” və “ehtiyac” anlayışları oxşar olsalar da, geosiyasi kontekstdə onların arasında böyük fərq var:

- “Ehtiyac” dövlətin, onun şirkətlərinin və müttəfiqlərinin obyektiv maraqlarıdır;

- “İstək” isə subyektiv amillərdən irəli gələn maraqların bütün vasitələrlə (manipulyasiyalardan, sanksiyalardan tutmuş investisiyalara və yardıma qədər) təbliğ edilməsidir.

ABŞ ənənələrində həm praqmatizm (“ehtiyac”), həm də ideoloji xarici siyasət (“istək”) mövcud olub. Məsələn, Bayden-Blinken administrasiyası ümumilikdə regionumuzla, o cümlədən də Ermənistan-Azərbaycan danışıqları ilə bağlı ABŞ-nin “ehtiyacları” ilə deyil, daha çox “istəkləri” əsasında hərəkət edib.

Şübhəsiz ki, ABŞ üçün Cənubi Qafqaz periferiyadır, lakin hansı periferiya – postsovet məkanı, Böyük Yaxın Şərq, Mərkəzi Asiyaya giriş?! Prinsipcə, hazırda Cənubi Qafqaz bütün bu məsələlərdə (Rusiyanın Ukraynaya qarşı təcavüzü, İran, Mərkəzi Asiyaya logistika) yan mövzudur”.

F.Məmmədov hesab edir ki, Tramp dövründə xarici siyasətə ayrılan resurslar optimallaşdırılır: “Yumşaq güc vasitələri transformasiya olunur (USAID-in bağlanması, media strukturlarının maliyyələşdirilməsinin müvəqqəti dayandırılması), ABŞ silahlı qüvvələrinin, məsələn, Suriyadan çıxarılması planlaşdırılır. Yəni, ABŞ resurslarını ölkə daxilində cəmləşdirir, maraq doğuran regionlarda isə müttəfiqləri vasitəsilə fəaliyyət göstərməyə çalışır. Hələlik vəziyyət belədir…”

Bəs ABŞ-nin Cənubi Qafqazda nəyə ehtiyacı var?

Politoloq bunları qeyd edib: “Vəziyyətdən asılı olaraq, ABŞ-nin əsas üç istiqamətdə aşağıdakılara ehtiyacı ola bilər:

- Regionda İranın təsirinin azaldılması – region ölkələrinin İranla iqtisadi əlaqələrinin azaldılması, İranın region ölkələrində hərbi mövcudluğunun qarşısının alınması, ABŞ və onun müttəfiqlərinin maraqları dairəsində olan layihələrin təhlükəsizliyinin təmin edilməsi;

- Rusiyanın təsirinin azaldılması – Rusiyanın regionda hərbi, siyasi və iqtisadi mövcudluğunun azaldılması;

- Mərkəzi Asiyaya giriş və çıxışların təhlükəsizliyinin təmin edilməsi – buraya neft və qaz kəmərləri, yollar, kabellər (internet, elektrik və s.) daxildir.

Bu, pragmatik yanaşmanın obyektiv mənzərəsidir.

Bəs region ölkələri?

- Gürcüstan ABŞ tərəfindən təzyiq altındadır və bu vəziyyətdən çıxmağa çalışır. ABŞ ilə əməkdaşlıq üçün məzmun hazırlanıb – buraya dərin dövlətlə mübarizə, qlobal müharibə partiyası ilə mübarizə, ənənəvilik (LGBT-ə qarşı) daxildir. Lakin Gürcüstan hökumətinin bu məzmunu çatdırmaq üçün zəif rabitə kanalları var. ABŞ-nin “ehtiyac” meyarlarına görə Gürcüstan tamamilə Vaşinqtonun maraqlarına cavab verir;

- Azərbaycan da ABŞ-nin müəyyən etdiyi məqsədlərə uyğun məzmun hazırlayıb, resurslara və infrastruktura (neft və qaz kəmərləri, dəmir yolları, liman) malikdir. Bakı üçün rabitə kanallarını formalaşdırmaq vacibdir;

- Ermənistan isə əvvəlki ABŞ administrasiyasının paradiqmasında qalmaqla ABŞ-nin yardım və dəstəyindən asılıdır. Ermənistan ABŞ-nin “ehtiyac duyduğu” resurslara malik deyil, lakin rabitə kanalları mövcuddur”.

Fərhad Məmmədov belə nəticəyə gəlib ki, ABŞ praqmatik yanaşma tətbiq etsə, Vaşinqton minimum resurs xərcləyərək ona lazım olan hər şeyi əldə edə bilər.

“Əgər siyasətə “istəklər” qarışarsa (məsələn, ermənipərəst konqresmenlərin ABŞ Dövlət Katibinə yazdığı məktubda olduğu kimi), onda Tramp administrasiyası Bayden-Blinken administrasiyasının qarşılaşdığı problemlərlə üzləşəcək”, - o, fikirlərini yekunlaşıdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Fevral 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri